Siyasət

  • 6 065

"Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daim strateji əhəmiyyət daşıyıb" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daim strateji əhəmiyyət daşıyıb və nümünəvi hesab edilə biləcək qədər yaxşı münasibətlərdir. Bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir. Təsadüfi deyil ki, iki qonşu dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi bütün enerji və nəqliyyat-kommunikasiya layihələri Gürcüstan üzərindən realizə olunaraq Qərbə istiqamətlənir: "Azərbaycan şirkətləri qonşu ölkəyə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir. Humanitar sahədə də iki ölkə arasında münasibətlərin tarixi baxımdan da, bu gün də çox sıx və inteqrativdir. Turizmdən başlamış digər bütün mədəni mübadilələrə qədər ən müxtəlif sahələrdə qarşılıqlı münasibətlər sistemi də mövcuddur. İki qonşu ölkə istər beynəlxalq, istər regional təşkilatlarda daim bir-birilərini dəstəkləyiblər. İkitərəfli və üçtərəfli diplomatik formatda yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublar. Qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü qeydsiz- şərtsiz dəstəkləyiblər. Təsadüfi deyil ki, son günlərdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımları ilk dəstəkləyən dövlətlərdən biri də Gürcüstan oldu. Qonşu ölkə qətiyyət nümayiş etdirərək işğalçı Ermənistana silah daşıyan dövlətlərə hava və quru nəqliyyat koridorunu bağladı. Bu, əsl dost və qonşu mövqeyi idi. Ona görə də iki qonşu ölkə arasında münasibətlər bundan sonra da bütün sahələr üzrə inkişaf edəcək və hər iki xalqın maraqlarının təmin olunması üçün daha yaxşı perspektivlər yaradacaq".

sia.az

Digər xəbərlər