Siyasət

  • 5 249

YAP Goranboy rayon təşkilatı Gənclər Birliyi COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə işləri aparır

image

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının Gənclər Birliyinin fəal üzvlərinin iştirakı ilə rayon ərazisində COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə işləri aparılır.

Gənclər koronavirusa qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri bir daha sakinlərin diqqətinə çatdırıblar. Onlar əhalinin sağlamlığının qorunması baxımından tibbi maskalardan istifadə etməyin və sosial məsafənin qorunmasının zəruriliyini xatırladıb, insanları qaydalara əməl etməyə çağırıblar.

yap.org.az

Digər xəbərlər