Siyasət

  • 5 111

Həm hərb meydanda, həm də danışıqlar masasında Prezident İlham Əliyev qətiyyəti!

image

Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: “Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”. Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Ulu Öndər Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 17 il əvvəl "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl LİDER ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan LİDERDİR.Bu gün Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyv cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı döyüşlərdə bərkiyə-bərkiyə, azadlığa yetmək üçün haqq yolunda, Vətən yolunda canından keçərək yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirdi ki, biz haqq yolunda, öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!”.Qarabağ bizim əzəli torpaqğımızdır. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu günlərdə dövlət başçımızın Azərbacan xalqına müraciətində də bir daha Ermənistanın baş nazirinin yalan və sərsəm inforomasiyalar olduğunu deyib: "Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi”.

Qələbə sevincini xalqımıza bəxş edən LİDER
Bəli, Qarabağ Azərbaycandır və nida! Başqa yol yoxdur!. Bu yol haqq yoludur, Ali Baş Komandanımızın apardığı diplomatik siyasəti nəticəsində öz torpaqlarımızda torpaqlarımız uğurunda Müzəffər Azərbaycan Ordusunun, Rəşadətli əsgərlərimizin gücü ilə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla almaqla, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr bir daha sübut edir ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Başqa yol yoxdur! Bu gün uzun illər işğal altında olan torpaqlarımızın azad olması xəbəri hər birimizdə böyük ruh yüksəkliyi yaradır. Çünki bu gün Azərbaycan Ordusu öz torpağı uğurunda öz torpağında, ərazi bütövlüyü uğrunda vuruşur. Artıq Vətən Müharibəsini 30-cu günüdür, hər gün QƏLƏBƏLƏR müjdəsi gəlir, azad olunan ərazilərimizdə Azərbaycanımızın üç rəngli bayrağı dalğalanır. Hər gün, hər saat ardıcıl olaraq qələbə sorağını eşitmək və bu sevinci xalqımıza bəxş edən ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Cənabları ilə, Güclü Azərbaycan Ordusu və rəşadətli, qəhrəman əsgərlərimizlə Azərbaycan xalqı qürur və fəxr edir.Qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Budur, Ali Baş Komandanımızın diplomatik siyasətinin nəticəsi! Budur Güclü Ordumuzun gücü, budur Mübariz, igid əsgərlərimizin rəşadəti! Sentyabrın 27-dən Hadrut qəsəbəsi, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və yüzlərlə kəndləri işğaldan azad edilib.
“Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib”
Yenə də ilk qələbə sorağını Ali Baş Komandanımız İlham Əliyev xalqımıza özünün rəsmi “Twitter” səhifəsində çatdırıb: “Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.Budur, Liderimizin, Ali Baş Komandanımız İlham Əliyevin diplomatik siyasəti! Məhz bu siyasətin sübutudur ki, qələbələrin ardıcıl olaraq hər gün eşidirik və tezliklə işğal altında olan digər rayonlarımızın da – Kəlbəcər, Şuşa, Laçın və kəndlərimizdə də üç rəngli Azərbaycanın Bayrağının dalğalanacağı gün uzaqda deyil. Çünki biz haqq yolundayıq!Ali Baş Komandanımız İlham Əliyev cənablarınnı dediyi kimi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.Bəli, bu gün hər birimiz o tarixi anları yaşayırıq. Hər an şad xəbər gözləyirik və çox tezliklə bütün torpaqlarımız işğaldan azad olacaq, Azərbaycan Bayrağının Qarabağımızın işğal olunmuş hər bir güşəsində dalğalanacağını görəcəyik! Qələbə bizimlədir! Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!
Güclü Ordumuz, rəşadətli əsgərlərimiz, növbəti QƏLƏBƏ SORAĞI İLƏ, Ulu Tanrı dayağınız olsun!!!

ZƏRİƏFƏ QULİYEVA,
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

sia.az

Digər xəbərlər