Siyasət

  • 5 547

Ermənistanın Gəncəyə raket hücumu nəticəsində həlak olanların xatirəsi Belarusda yad edilir

image

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında anım guşəsi yaradılıb.

Minskdəki Azərbaycan diasporunun üzləri və paytaxtın sakinləri əllərində gül və yumşaq oyuncaqlarla ölkəmizin Belarusdakı səfirliyinin qarşısına gəlirlər.
Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxsləri yad etmək, Azərbaycana dəstək vermək məqsədilə Belarusun Azərbaycandakı ilk səfiri, Belarus Xarici İşlər Nazirliyinin Veteranlar Assosiasiyasının üzvü Nikolay Patskeviç və onun iş yoldaşları da guşəni ziyarət ediblər.

yap.org.az

Digər xəbərlər