Siyasət

  • 4 864

Eldəniz Səlimov: “Zəfər yazırıq və yazacağıq” ÖZƏL-MÜNASİBƏT

image

“Sentyabrın 27-də cəbhədə döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər”. Bunu “Səs” qəzetinə açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.Onun sözlərinə görə, ermənilər avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər: “Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik…”.Bu fikirləri ölkə Prezidenti Cənab İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) 3-4 nüfuzlu teleziyalarından olan “Fox News” telekanalına müsahibəsində səsləndirib. Müsahibədə deyilənlərə, verilən mesajlara keçməzdən əvvəl onu mütləq şəkildə qeyd etmək lazımdır ki, ölkə Prezidenti, Ali Baş Komandan nəinki ölkəyə layiqincə Başçılıq, nəinki Orduya uğurla Komandanlıq, Sərkərdəlik edir, həm də bir əsgər, bir cəngavər, bir qəhrəman kimi bütün cəbhələrdə döyüşür, vuruşur, Zəfərlər, Qələbələr, Tarix(lər) yazır… Düşmənə, onun məkrli və qanlı havadarlarına, sözün əsl mənasında, DƏRS keçir, DƏRS verir… Xüsusilə də, son zamanlar, sentyabrın 27-dən, torpaqlarımızın işğaldan azad olunması üçün İkinci Vətən Müharibəsinə başlanılmasından sonra siyasət, diplomatiya, o cümlədən, informasiya məkanında sərrast zərbələrlə, necə deyərlər, dəqiq atəşlərlə üstümüzə haqsızcasına, vicdansızcasına gələnləri, hədd tanımayanları, murdar, mənfur erməniləri, nasist, faşist Ermənistanı, onun havadarlarını susdurur, sıradan çıxarır, fiaskoya uğradır. Onlara növbəti sarsıdıcı, öldürücü, məhvedici zərbələrini vurur, endirir… Əsl Ali Baş Komandan, əsli LİDER qətiyyəti, cəsarəti, mətanəti, iradəsi, fəhmidir… Bunu ancaq O edə bilər və edir. Bəli, ölkə Prezidenti ABŞ-ın çəkili telekanallarından olan “Fox News”-ə geniş, məzmunlu müsahibəsində də bir daha öz qətiyyətini, cəsarətini, verdiyi, verilən qərar(lar)ın arxasında dayandığını, dayanıldığını hər kəsə, bütün dünyaya, düşmənə, onun havadarlarına, ikili, üçlü oyunlar oynayan, erməni və Ermənistanpərəstlikləri ilə seçilən dövlətlərə, Minsk Qrupunun həmsədr ölkələrinə nümayiş etdirdi. Bir daha göstərdi və bəyan etdi ki, biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir”.E.Səlimov bildirdi ki, bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik: “Bundan artıq heç bir şey etmirik. Ölkə Prezidentinin müxbirin açıq təxribat xarakterli və ermənipərəst mövqeli “Gəlin, əsgərlər, döyüşdə olan qoşunlar barədə danışaq. Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin “New York Times”ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalı silahlı Sizin müharibədə döyüşür. Niyə Sizin müharibədə – Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlılar döyüşür?”–sualına cavabı isə əsl siyasi-hərbi-diplomatik zərbə, sərrast atəş idi. Bu, hələ uzun illər yaddaşlardan, hafizələrdən silinməyəcək, təxribatı, yalanı, böhtanı həqiqət kimi sırıyanların, ortaya atanların, tirajlayanların üzünə hələ çox çırpılacaq. Cavabda deyilirdi: “Bu, daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmayıb. Siz Prezident Trampın “New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? Feyk xəbərlər. Bu, feyk xəbərdir. Heç bir dəlil, heç bir sübut yoxdur. Bizə dəlil verin, sadəcə…”.Hesab edirəm ki, geniş şərhə, əlavə izahata da ehtiyac duyulmur… Burada hər kəsə-istənilən, istədiyi cavab var… Necə deyirlər, arif olana bir işarə də bəsdir, təbii ki, arif olana, olanına! Daha bir sitat: “İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu, təkcə bizdən asılı deyil. Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Lakin mən sizə regionu necə görmək istədiyimi deyə bilərəm. Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm. Çünki bütün müharibələr dayanır və sülh gəlir. Biz bilirik necə…”. Bəli, hər zaman sülh tərəfdarı, sülhdən yana olan, bunun üçün bütün səmimi və əməli addımlar atan Azərbaycanın növbəti sülh və xoş məramı… Bu məram yalnız Azərbaycandan gələ, edilə, bu məramı yalnız İlham Əliyev kimi bir LİDER edə bilər… Bizim murdar, heç bir insani dəyər tanımayan düşməndən də elə ən böyük, müqayisəyəgəlməyəcək üstünlüyümüz, böyüklüyümüz bundadır. Biz sülh tərəfdarıyıq, ancaq torpaqlarımızın işğalda qalmasına da dözə bilmərik, dözməyəcəyik və necə ki, dözmürük. Qələbə, Zəfər yazırıq və yazacağıq, sonacan, qəti Qələbəyəcən! Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!”

sia.az

Digər xəbərlər