Siyasət

  • 6 231

Rusiyalılar Paşinyana "YOX" deyir! SORĞU+FAKT

image

Rusiyanın tanınmış hərbi-siyasi eksperti, Kremlə yaxınlığı ilə seçilən politoloq İqor Korotçenko telegram səhifəsində anonim sorğu keçirməklə Rusiya vətəndaşlarından ölkələrinin rəsmi siyasətində Ermənistanın baş naziri Nikol Paşinyana dəstəyin göstərilib-göstərilməməsi barədə sual ünvanlayıb. SİA xəbər verir ki, sorğuda iştirak edən 5030 nəfər rusların nəhəng çoxluğu Paşinyana antipatiya hisslərini nümayiş etdirməklə, Rusiyanın siyasətində erməni baş nazirə dəstəyin göstərilməsinin əleyhinə səs veriblər.Sorğunun nəticələrinə görə, cəmi 4% Rusiya vətəndaşı köməkliyin göstərilməsinə səs versə də, 96%-i buna qarşı çıxaraq "yox" cavabını veriblər. 1% Rusiya vətəndaşı isə suallara cavab verməkdə çətinlik çəkdiklərini bildiriblər.

Rusiya rəsmi siyasətində Paşinyana etimad göstərmir və onun siyasətinə heç bir dəstək vermir
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə yiyələnməkdən ötrü milyarder Corc Soros qarşısında öhdəlik götürüb və onun dəstəyi ilə əvvəli Serj Sarqsyan hakimiyyətini "məxməri inqilab" vasitəsi ilə devirib. O hakimiyyəti ələ almaq üçün ilk günlərdən anti-Rusiya siyasətinə üstünlük verərək, hətta Rusiyanın Gümrüdəki hərbi bazasını ölkədən çıxaracağı bəyanatını da səsləndirib.Eyni zamanda, Rusiya da rəsmi siyasətində Paşinyana etimad göstərmir və onun siyasətinə heç bir dəstək vermir. Əbəs deyil ki, Qarabağ cəbhəsində başlayan müharibə müddətində belə, Ermənistanın bir sıra KİV-ləri anti-Rusiya siyasətinə yönəlik çoxsaylı yazılarla, iftira və böhtanlarla çıxış edirlər. Ermənistanın KTMT-nin üzvü olmasına rəğmən, rus sülhməramlılarının, yaxud qoşunlarının Azərbaycanın Qarabağ ərazisinə daxil olması yönündə sərəm tələblər irəli sürən erməni hökuməti bu dəstəyi də almadıqda sonra, yəni Rusiyannın buna heç bir hüququ olmadığı barədə rəsmi bəyanatlarından sonra Ermənistanda anti-Rusiya siyasəti daha aşırı şəkildə yürüdülməyə başlayıb.Lakin buna baxmayaraq, Rusiyada yaşayan erməni mafiyaları qeyri-qanuni yollarla, "humanitar yardım" adı altında bu ölkədən Ermənistana silah-sursat göndərirlər. Artıq Azərbaycanın dövlət başçısı, Prezident İlham Əliyev öz çıxış və müsahibələrində bu barədə bəyanatlar səsləndirib, Rusiya tərəfinin qanunları pozan silah qaçaqmalçılarının cəzalandırılmaları tələbini irəli sürüb.Ancaq hər şeyə rəğmən, görünən budur ki, artıq Rusiyanın sadə vətəndaşları da erəmnilərin aşkar həyasızlıqlarına dözməkdə səbrlərinə hakim ola bilmirlər və Korotçenkonun keçirdiyi anonim sorğunun məntiqi nəticələri də rəqəmləri, faziləri ilə özünü kifayət qədər sübuta yetirib.

sia.az.

Digər xəbərlər