Ermənistan silahlı birləşmələrinin Bərdəyə hücumu Gürcüstan mətbuatının diqqətindədir

Ermənistan silahlı birləşmələrinin Bərdəyə xain hücumu və dinc əhalini hədəfə alması Gürcüstan mətbuatının diqqət mərkəzindədir.SİA xəbər verir iki, bu ölkənin "report.ge", "gaxa.ge", "24news.ge", "aktual.ge" informasiya portalları erməni terrorçularının humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın Bərdə şəhərini qadağan olunmuş silahlardan atəşə tutması barədə xəbərlər yayıb.Azərbaycan, rus, ingilis və gürcü dillərində yayılan xəbərlədə oktyabrın 28-də Bərdədə dinc sakinlərin erməni silahlı birləşmələri tərəfindən yenidən raket atəşinə tutulduğu, dinc sakinlərin sıx olduğu əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə zərbələr endirildiyi bildirilib. Diqqətə çatdırılıb ki, nəticədə 20-dən çox dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

sia.az