Siyasət

  • 5 489

Ceyhun Məmmədov: Erməni təcavüzünün qurbanları təkcə insanlar deyil, həm də dini, tarixi-mədəni abidələrimizdir

image

“Artıq 200 ilə yaxındır ki, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı davam edən təcavüzünün, soyqırımının, məhvə yönəlmiş hərəkətlərinin qurbanları təkcə insanlar deyil, həm də dini, tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, məbədlərimizdir.

Tarixi, mədəni irsimiz xalqımızın çoxəsrlik keçmişindən xəbər verir. Hər zaman özündə olmayana, özününkü olmayana göz dikən mənfur düşmən tarixi, dini, mədəni abidələrimizə, soykökümüz olan alban mədəniyyətindən yadigar qalmış məbədlərə göz dikib”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
C.Məmmədov bildirib ki, Ermənistan 30 ilə yaxın bir müddətdə işğal etdiyi Azərbaycan ərazilərində mədəni, tarixi, dini irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədib.
Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə yüzlərlə mədəniyyət nümunələrimizi məhv edib. Dini abidələrimizi, məscidlərimizi təhqir edib, tarixi mədəniyyət nümunələrimizdə həkk edilmiş yazıları dəyişməyə çalışıb, nadir eksponatları, əlyazmalarını yandırıb, məhv edib. Dağıdılan bu mədəni irs yalnız Azərbaycanın deyil, bir parçası olduğumuz Türk-İslam mədəniyyətinin də nadir nümunələrindəndir.
Millət vəkili qeyd edib ki, Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun sayəsində işğaldan azad edilmiş torpaqlarımızda da biz bu halı müşahidə edirik: “Bir müddət öncə Zəngilandakı məsciddən tövlə kimi istifadə edilməsi halı bütün dünya ictimaiyyətinin nəzərinə çatdırıldı. Bu yalnız beynəlxalq normaların pozulması deyil, həm də müsəlman, islam dünyası üçün təhqirdir. Həmçinin, işğalçı Ermənistan Hadrut qəsəbəsinin Tuğ kəndində yerləşən, 13-cü əsrdə inşa olunmuş Qafqaz Albaniyasına aid Qtiçavank monastrında da vandalizm törədib. Bu fakt artıq hamıya məlumdur. Bütün bunlar hər biri erməninin vandallığını, vəhşiliyini bir daha sübut edir”.

yap.org.az

Digər xəbərlər