"Paşinyanın aylar öncə belə dediyini və cavabını da aldığını hamı bilir. Ancaq ən maraqlısı odur ki, baş nazir sözünün üstündə sonadək dayana bilmədi". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.Ekspert bildirib ki, iki gün əvvəl məşhur Əl-Cəzirə televiziyasının müxbirinin" əgər İrəvandan Dağlıq Qarabağa getsək, İrəvandan hara getdiyimizi deyə bilərik" sualına Paşinyan tam aydın mətnlə dedi: "Dağlıq Qarabağ Ermənistan ərazisi deyil". Bu əslində onun "Qarabağ Ermənistandır və nöqtə" şüarından rəsmi imtinası və ya ondan geri çəkilməsidir. O, bunu könüllü etmədi, buna məcbur edildi. Onun sərsəm bəyanatının üstündə çox ağıllı siyasət qura bilmiş Azərbaycanın həmlələri altında buna məcbur edildi. Məhz onun qorxusunun nəticəsidir ki, yenə də Əl-Cəzirə müxbirinin "Qarabağı niyə tanımırsınız" sualına birbaşa cavab verə bilmədi. Sadəcə "başqaları tanısın, sonra biz tanlyarıq "dedi. Halbuki bir həftə əvvəl Azərbaycan prezidenti ona tam açıq mətnlə" qorxmursunuzsa Qarabağı tanıyın" deyə mesaj vermişdi".A.Quliyev vurğulayıb ki, görünür Paşinyan arxasında sonadək dayana bilməyəcəyi daha bir bəyanat verərək onun girovunda qalmaq istəmədi.
sia.az