PDF Oxu

Siyasət

  • 7 404

“İdentfikasiya problemimiz var” Şuşan Stepanyan

“İdentfikasiya problemimiz var” Şuşan Stepanyan

Ermənistan tərəfi son dörd gündə itki vermədimi və bu niyə gizlədilir? SİA xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Qəzet yazır ki, dörd günlük susqunluqdan sonra Ermənistanın Ordusu dünən döyüşlərdə ölən cəmi 11 hərbçinin adını açıqladı. Həmçinin nəşr qeyd edir ki, bu barədə məlumat verməzdən əvvəl, Müdafiə Nazirliyindən soruşulub ki, Ermənistan tərəfi son dörd gündə heç bir itki verməyibmi və nəyə görə hər hansı bir səbəbə görə qurbanlarla bağlı məlumat dörd gün verilməyib?
"Bizim identfikasiya problemimiz var", deyə Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.
Qəzetin yazdığına görə, həqiqət budur ki, sosial şəbəkələrdə əhali arasında ümidsizlik yaratmamaq üçün qurbanlar barədə gündəlik məlumat verilməməsi haqda aktiv müzakirələr aparılır. Xatırladaq ki, Ermənistanın Müdafiə Ordusu 1172 nəfər hərbçinin adını açıqlayıb.
"Şəxsiyyəti məlum olmayan cəsədlər var, onlarla əlaqəli şəxsiyyət müəyyənləşdirmə əməliyyatları aparılır.", deyə bildirilir.

sia.az

Digər xəbərlər