Ermənistan prezidenti Rusiyanın RBK televiziya kanalına müsahibəsində faktları təhrif edib.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında bildirib.
Leyla Abdullayeva qeyd edib: “O, Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafik və iqtisadi vəziyyəti barədə yalan danışıb. Ermənistan prezidenti 1980-ci illərin sonlarında 1 milyondan çox erməninin Azərbaycanı tərk etdiyini söyləyib. Fakt isə budur ki, 1989-cu il siyahıyaalmasına görə 390 min 505 erməni yaşayıb”.
yap.org.az