"İranın Ali dini rəhbəri S.Ə.Xamneyi və prezident H.Ruhaninin Azərbaycan ərazi bütövlüyü və Qarabağla bağlı verdiyi bəyanatlar BMT qətnamələrinə əsaslanır və bu İranın dövlət siyasətidir. Belə bir məqamda verilən bu bəyanat gecikmiş olsada, müəyyən siyasi əhəmiyyəti var. Amma, bu İranın manevr siyasətinə söykənir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib."Əgər, İran öz siyasətində səmimidirsə, Ermənistanla sərhəd keçid məntəqəsini bağalayaraq, Yerevana işğala son vermek üçün təzyiqlər etsin. Qeyd edim ki, Nikol Paşinyan il yarım bundan əvvəl İrana sanksiyalardan dolayı İranla sərhəddi bağalayacağını istisna etməmişdi.Rəsmi Tehran Nodz sərhəd keçidinin bağlanmasına getməyəcək. Burada müəyyən Rusiya amilidə rol oynayır.Məsələnin digər tərəfinə gəldikdə isə, İran yerli istehsal olan PUA -ların nümayiş etdirib. Azərbaycanın Qarabağda Ermənistan Silahli qüvvələrinə qarşı tətbiq etdiyi PUA-lar İranı narahat etməyə bilməzdi. Və İran bu situasiyada təlimlər keçirərək PUA nümayiş etdirməsi müəyyən suallar doğurur. Çünki BMT İrana qarşı silah embarqosuna getmədi və İran istənilən silahı sata bilər. Sirr deyil ki, Qarabağda müharibənin ilk günündə İran Ermənistana silah tranziti rolunu həyata keçirirdi. İranın PUA -larını Ermənistana verməməsinə zəmanət yoxdur. İran ikibaşlı siyasət həyata keçirir.Tehranın bu siyasətinə diqqət etmək və nəzarətdə saxlamaq lazımdır. Çünki İran Qarabagada uğurlu hərbi əməliyyatlardan məmnun deyil"-deyə, politoloq fikrini tamamlayıb.
sia.az