PDF Oxu

Siyasət

  • 5 979

Paşinyan və ailə üzvləri hara itib? "Hraparak" qəzeti yazır

Paşinyan və ailə üzvləri hara itib? "Hraparak" qəzeti yazır

Bütün ölkə bu günlərdə Nikol Paşinyanı və ailə üzvlərini axtarır. SİA Ermənistana məxsus armenianreport.com satında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.“Şübhəsiz ki, onlar qəzəbli bir izdihamın əlinə verilə bilməzlər, amma insanlar baş nazir postunu tutan şəxsin öz sözləri ilə deyildə, “Ermənistan Respublikası Kabinetinin rəhbəri vəzifəsini yerinə yetirməyə davam edən” şəxsin harada olduğunu bilmək hüququna malikdirlər?Vəziyyət, kifayət qədər alçaq tavanlı, içində heç bir predmeti və pəncərələri olmayan bir otağı xatırladır. Aydındır ki, telefonu da qoyub getmək, insanların onun harada olduğunu anlamamaları üçündür. Ancaq nəşrin mənbəyi Paşinyanın Müdafiə Nazirliyinin binasında, özünü daha çox əminlikdə hiss etdiyi bunkerdə olduğunu bildirir.Ailə üzvlərinə gəlincə, baş nazirin iki qızının, Mariam və Şuşanın təxminən bir həftə əvvəl Ermənistanı tərk etməsi barədə şayiələr var. Həmin şayiələrə görə, onlar Kanadaya qaçıblar.Ancaq Baş nazirin həyat yoldaşı Anna Akopyanın hərbi təlimlərdə iştirak etdiyi yer, ən azı dünən hərbi geyimdə və hərbi çanta ilə olduğu şəkillərində yayımlanan fotolardan bəlli olur. Amma o da qeyd olunur ki, son sənəddən əvvəl Gorusda olub, ancaq sonra Akopyan Gorusu da tərk edib və ehtimal olunur ki, oğlu və kiçik qızı da yanındadır”, deyə qəzet yazır.

yap.org.az

Digər xəbərlər