PDF Oxu

Siyasət

  • 5 892

İrəvanda mitinq-yürüş keçiriləcək

İrəvanda mitinq-yürüş keçiriləcək

Təsadüfi deyil ki, hüquq-mühafizə orqanlarının əməkdaşları sadəcə mitinqin çoxsaylı iştirakçılarını aradan götürməyə və tutmağa çalışdılar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Daşnaksütyun” üzvü Arsvik Minasyan mətbuat konfransında deyib.Məlumata görə, Minasyan mitinq-yürüş keçiriləcəyini, əsas tələbin isə eyni, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması olacağını diqqətə çatdırıb.Onun sözlərinə görə, hərəkat liderlərinin çoxu tutulub və ya həbs edilib. Ancaq bu, onların müqavimətini nəinki qıra bilməyib, həm də gücləndirib. “Bütün bu hərəkətlərin nəticəsi daha geniş hadisələr olacaq. Bu məğlubiyyətin davamlı olmasına icazə verə bilmərik. Mübarizəni inkişaf etdirmək üçün bu hərəkəti dayandırmalıyıq. Mübarizəmizin əsas tələbi dəyişməz olaraq qalır ki, bu da Nikol Paşinyanın hakimiyyətdən qovulmasıdır. Ermənistanda çoxsaylı siyasi məhbusların sərbəst buraxılması üçün də mübarizə aparacağıq”, deyə Arsvik Minasyan bildirib.

sia.az

Digər xəbərlər