"Bu günlərdə Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük qələbənin sevincini yaşayır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.Spiker bildirib ki, Ali Baş Komandanın möhkəm iradəsi və ordumuzun qüdrəti nəticəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatıb və ölkəmizin ərazi bütövlüyü təmin edilib: “Təəssüf ki, müharibə itkisiz olmur və biz də itkilər verdik. Şəhidlərimizin xatirəsini hörmətlə yad edir, Allahdan rəhmət diləyirik”. (Şəhidlərimizin xatirəsi bir dəqiqlik sükutla yad edilib)S.Qafarova bildirib ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəs edən, Qarabağın incisi Şuşanın müzəffər ordumuz tərəfindən işğaldan azad oluması dillərdə dastan olacaq. Ermənistan elə bir zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq. Bu gün Ermənistanda xaos, hərci-mərclik hökm sürür. Ermənilər işğal olunmuş ərazilərimizi viran qoyub, mədəni-tarixi abidələrimizi məhv edib, milli sərvətlərimizi talan edib.Azərbaycan Prezidentinə təzyiqlər olsa da, Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gəldi, hər gün Azərbaycandan dayanmağı tələb edirdilər, lakin cənab Prezident bəyan etdi ki, biz öz torpaqlarımızı azad edirik. Eşq olsun İlham Əliyevə, eşq olsun müzəffər ordumuza, yaşasın Azərbaycan xalqı”.
sia.az