Siyasət

  • 5 915

Qarabağı tərk edənlərin aqressiyaları yanğınlarda, divarlarda qarğış yazılarında

image

Qarabağı, Azərbaycan torpaqlarını tərk edən ermənilər yaşadıqları evləri yandırırlar, məktəblilər məktəb divarlarına yazılar yazırlar, qarğışlar yağdırırlar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində şəkillər, videogörüntülər paylaşılır.

Məlumatda qeyd olunur ki, sosial şəbəkədə Qarabağda, Azərbaycan torpaqlarında qanunsuz şəkildə məskunlaşan ermənilərin yaşadıqları evlərdən çıxmazdan əvvəl onları azərbaycanlılara qoymamaq üçün necə yandırdıqlarını göstərən çoxsaylı video və fotoşəkillər yayılıb.
“Lənət olsun sizə, erməni xainlərinə, həzm etməyin, sizi öldürməyəcəyik, ancaq bu havada boğulacaqsınız, boğulmanız üçün!”, kimi sözləri Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalan ermənilər həmin ərazilərimizdəki tikililərin divarlarına yazıblar.

yap.org.az

Digər xəbərlər