Siyasət

  • 7 263

Xərcləri sülhməramlı kontingenti yerləşdirən tərəf qarşılayacaq - AÇIQLAMA

image

"Beynəlxalq təcrübədə bu xərcləri sülhməramlı kontingenti yerləşdirən tərəf qarşılayır". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.Deputat bildirib ki, əgər beynəlxalq hüquqa istinad etsək, sülhməramlıların bu və ya digər bölgəyə yerləşdirilməsi ilə bağlı xərclər bu missiyanı öz üzərinə götürmüş dövlət tərəfindən qarşılanır: "Çünki sülhməramlı yerləşdirən dövlətin həmin ərazidə münaqişənin aradan qaldırılması və ya alovlanmasının qarşısını almaqda məqsədləri var. Bu məqsədlər də həmin dövləti maliyyə məsrəflərini öz üzərinə götürməyə sövq edir".E.Manafov vurğulayıb ki, əgər bu sülhməramlılar BMT mandatı altında gəlsəydilər, onda onların maliyyə məsrəflərini BMT öz üzərinə götürəcəkdi: "Yəni söhbət “mavi dəbilqəlilər”dən gedir. Amma indiki halda Rusiya ATƏT-in Minsk qrupuna daxil olan digər dövlətlərlə müzakirə aparmadan və müvafiq qərarların qəbul olunmasını gözləmədən, özü təkbaşına bu missiyanı üzərinə götürüb. Düşünürəm ki, həmin sülhməramlıların yerləşdirilməsi və digər məsrəfləri də Rusiya dövlətinin üzərinə düşəcək. Amma ola bilər ki, Azərbaycan və Ermənistan tərəfi qeyri-rəsmi şəkildə bu sülhməramlıların qalma xərclərinin əhəmiyyətli bir hissəsini öz üzərlərinə götürməli olsunlar".

sia.az

Digər xəbərlər