Siyasət

  • 5 816

“Ermənistandakı xaos Paşinyanın özbaşınalığından doğub” ÖZƏL-MÜNASİBƏT

image

Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış sazişdən, Ermənistanın açıq məğlubiyyətindən sonra, Ermənistan daxilində sözün əsil mənasında xaos baş qaldırıb”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Soial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.Partiya sədrinin sözlərinə görə, bu gün Ermənistan daxilində baş verənlər, Paşinyanın özbaşınalığının baris nümunəsidir.

“Ermənistanda xalq illərdir bu cür təqiblərə və təhdidlərə məruz qalır. Bu günə kimi mütəmadi olaraq, Paşinyan atəşkəs rejmini pozmaqla daxili çıkişmələri və ona qarşı olan etirazları susdurmağa çalışırdı. Yəni, o erməni xalqının diqqətini daxili problemlərdən yayındırmaqla, cəbhə bölgəsinə yönəldirdi. Paşinyan erməni ictimaiyyətini Azərbaycanın əli ilə təhdid edirdi. Hal hazırda isə, erməni ictimaiyyəti Paşinyanın əsl simasını gördü. Birmənalı olaraq, Paşinyan bu gün vəzifəsini qoruyub saxlaya bilmək üçün hər şey edir və edəcək. Paşinyanın baş nazir olaraq ölkədə vətəndaş müharibəsinin qarşısını almaq və ölkədə siyasi sabitliyi təmin etmək bir nömrəli vəzifəsi olmalı idi. Lakin Paşinyan bu yolu deyil, sərt diktatura yolunu seçdi. Bu gün Ermənistan daxilində kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, siyasi fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur. Hətta sui qəsdlər törədilir, evlərə hücumlar və basqınlar təşkil olunur. Ötən gün Parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zoqrabyan ona güclü təzyiqlər olduğunu və əgər başına bir iş gələrsə, bunda Paşinyanın günahı olacağını bəyan edib. Bu isə birmənalı olaraq onu sübut edir ki, Ermənistan daxilində siyasi özbaşınalıq və hərc-mərclik baş alıb gedir. Bununla yanaşı, ölkədə mətbuat sərt təqibə məruz qalır. Müharibə başladığı ilk gündən bu günə kimi Ermənistanda çox mətbu orqanların fəaliyyəti dayandırıldı. İnformasiya məhdudiyyəti bu gün də Ermənistanda tətbiq edilir. Paşinyan rejminə qarşı fikir bildirən jurnalistlər təqibə məruz qalır, həbs edilir, təhdid edilir”, deyə Azərbaycan Soial Rifah Partiyasının sədri Ermənistandakı mənzərəni təsvir edib.
Onun sözlərinə görə, daha öncə Dağlıq Qarabağda yerləşdirilən erməniləri acınacaqlı halda yaşamağa sövq edən Paşinyan hakimiyyəti altında fəaliyyət göstərən bir sıra Ermənistan QHT-ləri beynəlxalq təşkilatlara acınacaqlı halda yaşayan erməniləri göstərərək, grantlar qazanırdılar və Ermənistan QHT-lərinin fəaliyyətləri elə bundan ibarət idi.
“Bu gün hardadır o beynəlxalq təşkilatlar? Nəyə görə sususrlar? Ermənistanda mövcud durumun 1%-i Azərbaycanda yaşansaydı, sizcə beynəlxalq təşkilatlar belə susardımı? Daha öncə düşünürdük ki, Azərbaycana qarşı ikili standartlar tətbiq olunur. Amma indiki şərtlərdə görürük ki, ümumiyyətlə Ermənistanla bağlı məsələlərdə beynəlxalq təşkilatlar obyektiv mövqe ortaya qoya bilmir. BMT dünyanın ən nüfuzlu bynəlxalq təşkilatı olsa da, 30 ildir qəbul etdiyi 4 qətnaməni icra etməyən Ermənistanla bağlı heç bir ədalətli qərar qəbul etmədi. Bu gün Azərbaycan həmin o qətnamələrin daha artıq Ermənistan tərəfindən iqnor edilməməsinə izn vermədi. Cənubi Qafqazda terrora son qoymaq adına geniş miqyaslı mübarizə apardı. Canı bahasına, qanı bahasına bir mübarizə. Bu gün hansı beynəlxalq təşkilatdan Azərbaycanın bu kimi təşəbbüsü qiymətləndirildi? Və ya, Ermənistandakı mövcud xaotik vəziyyətə nəyə görə, BMT bir reaksiya vermir? Axı bu gün Təhlükəsizlik Şurasının bütün maddələrini pozaraq, həmin şurada təmsil olunurlar. Nəyə görə onun bu kimi əməllərinin ən azından təkrararlanmaması adına sanksiyalar tətbiq edilmir? Axı biz bütün tarix boyu görürük ki, qiyamla və diktatura rejmi ilə hakimiyyəti əlində qoruyub saxlamağa çalışan heç bir siyasi dairə qələbə qazanmayıb….
Bütün bu tendensiyalar, hesab edirəm ki, hər kəsi düşündürməlidir. Paşinyan bu gün beynəlxalq tribunala verilməlidir və törətdiyi qətllərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Erməni xalqı ən azından bunu etməlidir”, deyə Əsli Kazımova bildirib.

sia.az

Digər xəbərlər