Siyasət

  • 5 959

Tahir Rzayev: Ermənilər yenə də özlərinin vəhşi xislətindən əl çəkməyərək Kəlbəcərdə evləri yandırır, təbiətə ciddi ziyan vururlar

image

“Ermənilərə Kəlbəcərdən çıxması üçün daha 10 gün vaxt verilməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bəşəri dəyərlərə, insanlığa qiymət verməsinin, humanizmin bariz nümunəsidir. Halbuki, erməni təcavüzkarları Kəlbəcəri işğal edərkən azərbaycanlı əhaliyə 10 saat vaxt vermiş, hətta buna da əməl etməmiş dinc sakinləri qətlə yetirmişdilər. Bax budur Azərbaycan xalqının böyüklüyü, insana qiyməti. Ancaq bunun müqabilində ermənilər yenə də özlərinin vəhşi xislətindən, təcavüzkar əməllərindən əl çəkmirlər. Onlar evləri yandırır, ağacları qırır, ev heyvanlarını öldürür, meşələrə od vurur, nə varsa məhv edirlər. Bu nəinki erməni əsgərlərinin, eləcə də mülki ermənilərin də vandallığını xalqımıza, torpağımıza nifrətini bir daha nümayiş etdirir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev təəssüflə bildirib ki, bir çox beynəlxalq təşkilatlar ermənilərin bu vəhşiliyini yenə də görməməzliyə vurur, təbiətə, mülkiyyətə edilən qəsd barədə dinib-danışmırlar. Əksinə, demokratiyanı əldə bayraq edən bir çox ölkələrin mətbuat, informasiya orqanları bu vəhşi hadisələrin fonunda ermənilərin yazıq görkəmlərini canlandırmağa, onların öz “doğma” torpaqlarından çıxarılması fikrini formalaşdırmağa çalışırlar. Onlar Azərbaycan Ordusu tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirildiyini bildikləri halda yenə də beynəlxalq normaları bir kənara atır, ermənipərəst mövqeləri ilə təcavüzkarları dəstəkləyir, əslində münaqişəni qızışdırmağa çalışırlar.
“Ancaq bu təşəbbüslərin heç bir faydası yoxdur. Çünki sülhsevər bəşəriyyət artıq Azərbaycanın haqq mübarizəsini dəstəkləyir və atəşkəsə əməl edilməsi, müharibənin dayandırılması, erməni silahlı birləşmələrin işqal edilmiş torpaqlardan çıxması barədə bir çox dövlətlərin, xüsusilə Rusiyanın və Türkiyənin təşəbbüslərini, əməli tədbirlərini yüksək qiymətləndirir. Əlbəttə, qələbə bizimlədir, çünki haqq, ədalət bizim tərəfimizdədir. Biz öz haqqımızı qoruyur, tarixi ədaləti bərpa edir, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparırıq. Qarabağ əzəli torpaqlarımızdır. Qarabağ Azərbaycandır!”,-deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər