Siyasət

  • 7 085

Putin "xristian irsi" mövzusuna toxunmasaydı... - AÇIQLAMA

image

"Dağlıq Qarabağdakı sülhməramlıların tək ruslardan ibarət olması getdikcə suallar doğuraraq çətinliklərlə üzləşir. Niyə tək ölkənin sülhməramlıları? Hazırkı Rusiya sülhməramlılar missiyası BMT-nin sülhyaratma mandatına nə qədər uyğundur? və s. Mötəbər məlumatlara görə, Azərbaycan Prezidenti 10 noyabr üçtərəfli atəşkəs razılaşmasında Türkiyə sülhməramlılarının da iştirakının rəsmən təsbit olunmasına çox ciddi səylər göstərsə də, Rusiyanın müqaviməti təəssüf ki, keçilməz olub. Təəssüf ki, Rusiya rəhbərliyi sülhməramlı kontingentdə Türkiyə əsgərlərinin rəsmi iştirakının nə qədər üstünlüklər gətirəcəyinin hələlik fərqinə vara bilmir. Rusların sülhməramlı missiyası Azərbaycan cəmiyyətində və Qərb mərkəzlərində artıq suallar doğurmağa başlayıb. Əgər türklər Qarabağda sülhməramlı qüvvələrdə rəsmi iştirak etsəydilər, Azərbaycan cəmiyyətindəki indiki sualların sayı dəfələrlə az olardı. Türkiyənin sülhməramlılarda rəsmi təmsilçiliyi elə Qərb dairələrində də sualların və narazılıqların xeyli azalmasına səbəb ola bilərdi. Fürsət hələ buraxılmayıb". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspert bildirib ki, lakin indidən bəzi xoşagəlməz və qarşılıqlı etimadı zədələyən hallar ortaya çıxır: "Məsələn, dünən Əliyevlə Putinin telefon danışığı barədə xəbər verilmişdi. Xəbərdə cənab Putinin azad olunmuş rayonlarda kilsə və monastrların qorunmasının vacibliyini vurğuladığı barədə fikir var idi. Putinin bunu dilə gətirməsi, həm də bütün dinlərin dəyərlərinə həssas yanaşıldığı Azərbaycanın Prezidenti ilə danışıqda dilə gətirməsi qəribə səslənir. Putin bu barədə heç danışmasaydı, və ya fərqli məzmunda və fərqli eyhamlarla danışsaydı, daha doğru olardı".A.Quliyev vurğulayıb ki, başqa bir fakt da bu gün Putinlə Makronun da telefon söhbəti barədə xəbər yayılıb: "Xəbərin məzmunu- "Tərəflər Qarabağda humanitar fəaliyyətlərin, infrastrukturların bərpasının və xristian irsinin qorunmasının vacibliyi üzərində xüsusi dayanıblar". Maraqlı deyilmi? Heç bir ciddi əsas və Azərbaycan tərəfdən xristian irsi üçün heç bir elementar təhlükə əlamətlərinin olmadığı bir halda iki böyük xristian dövlət başçısı "ermənilərin ağzına dil atan" tonda müzakirə aparırlar. Hər halda ortada Azərbaycana xoş olmayan münasibətin əlamətlərini görürük".

sia.az

Digər xəbərlər