Siyasət

  • 5 368

"Rusiya Türkiyə ilə ortaq məxrəcə gəlməyə məcburdur" ÖZƏL-MÜNASİBƏT

image

"Türkiyə Sülhmərmlı qüvvələrinin Azərbaycana göndərilməsi barədə sənəd TBMM təqdim edildi. TBMM bu sənədi təsdiq etdikdən sonra, sülhməramlılar Azərbaycana göndərilir. Bu hərbi kontingentin işğaldan azad edilən ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur. Bu hərbi kontingent əsasən Xocavənd, Şuşa və Kəlbəcər ərazisində yerləşdirilə bilər". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloqun sözlərinə görə, Rusiya və Türkiyə arasında iki günlük danışıqlar nəticəsiz başa çatıb: "Tərəflər sadəcə monitorinq mərkəzində birgə əməkdaşlıqda razılaşıb. Türk sülhməramlıların Xankəndi və Laçında birgə patrul və sülhmərmlı kimi fəaliyyətini Moskva qəbul etmir.TSK işğaldan azad olunmuş Hadrut, Xocavənd və Şuşada yerləşdirilməsi mütləq lazımdır. Rusiyanın bununla təsir və təzyiqləri neytrallaşacaq. Həmçinin regionda balansı tənzimləyəcək. Moskva Xankəndində avtonom idarə mərkəzi yartamaqda maraqlı görünür. Burada separatçıların lideri Arayik Arutunyan və ona tabe olan silahlı birləşmələrin qalmasına yaşıl işıq yandırıb. Bu, Rusiya Azərbaycan anlaşmasına ziddir və Kremlin avantürist siyasətinin bariz nümunəsidir.Türkiyənin prosesdə olması və hərbi dəstəyi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Rusiya Türkiyə ilə ortaq məxrəcə gəlməyə məcburdur. Türkiyə Cənubi Qafqaza 100 ildən sonra, Azərbaycanın bu çətin məqamında yenidən yanında oldu və öz hərbi dəstəyi ilə tək qoymadı.Regionda ciddi siyasi bir dönəm baş verir. Siyasi konturları Ankara və Rusiya müəyyən edir. Burada Türkiyə strateji baxımından qalibdir. Rusiya Cənubi Qafqazda əsasən kiçik bir ərazidə iki min nəfərdən az bir kontingemtlə ciddi bir geopolotik üstünlük qazana bilməyəcək. Rusiya Ermənistanı və Azərbaycanı bu müharibədə itirdi. Bu gün Türkiyə Gürcüstan, Azərbaycanla birgə, bir müddətdən sonra üç rayon qaytarıldıqdan sonra Türkiyə ilə Ermənistan sərhədləri açıldıqdan sonra, regionda Rusiyanın mövqeyi kifayət qədər zəifləyəcək".

sia.az

Digər xəbərlər