Siyasət

  • 6 172

Ermənistanda istefa paradı davam edir "Hraparak" qəzeti yazır

image

Dünən Ermənistanın Milli Təhlükəsizlik Komitəsi ofisinin rəhbəri, Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının üzvü olmaqla, bir qrup məmur istefa verib. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Qəzet yazır ki, bunun ardınca redaksiyaya xarici işlər nazirinin müavini Şavarş Köçəryanın istefasının qəbul edildiyi barədə məlumat daxil olub. Məlumatda qalan üç nazir müavininin hamısının istefa barədə müraciət etdikləri də xəbər verilir. Bilidirilir ki, bu müraciətlərə baxmayaraq, Xarici İşlər Nazirliyi bəyan edib ki, onlar öz vəzifələrini icra edirlər. Bu isə onların istefa barədə müraciətlərinin hələ qəbul edilmədiyi anlamına gəlir.
Nəşrin yazdığına görə, günün sonunda Fövqəladə hallar naziri və nazir müavininin istefası barədə onlara xəbər verilib. Fövqəladə Hallar Nazirliyinin sözçüsü Feliks Solakyan və Armen Harutyunyanın istefası barədə məlumatı təsdiqləyib. Qəzet yazır ki, onların əldə etdikləri məlumata görə, növbəti günlərdə daha bir neçə yüksək vəzifəli məmur istefa verəcək.

sia.az

Digər xəbərlər