Siyasət

  • 5 557

"Qarabağın status məsələsindən bu dəfə Putin özü danışdı" - AÇIQLAMA

image

"Putinin çox maraqlı müsahibəsinin bir hissəsi "Rossiya 1" televiziyasında yayımlanıb. Maraqlı, təəccüblü, narahatlıq gətirən məqamlar barədə indi heç bir təhlil aparmayacağam. Sadəcə, Rusiya prezidentinin bəzi fikir və tezislərindən danışacam". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.Ekspertin sözlərinə görə, maraqlıdlr ki, Putin Qarabağın statusundan danışıb: "Belə deyib ki, status-kvonu saxlayırıq, yəni Qarabağı tanınmamış dövlət kimi. Maraqlıdır. Əlavə edib ki, biz Gürcüstan mərkəzi hakimiyyəti məlum siyasəti aparanda Cənubi Osetiyanı, Abxaziyanı özümüzə birləşdirdik. Krımı birləşdirdik. Maraqlı deyilmi? Daha sonra Türkiyənin sülhməramlı qüvvələrdə iştirakından danışıb: "Erməni genosidini "xatırladıb və qeyd edib ki, təmas xəttində dayanmış türk əsgəri ilə ermıniləri provakasiya etmək olmaz. Yəni Türkiyənin ancaq Monitorinq mərkəzində iştirakı məqbul hesab edilib".A.Quliyev vurğulayıb ki, Putin Paşinyanı faktiki müdafiə edib və onu erməni xalqının əlindən almaq istəyib: "Bildirib ki, Paşinyan satqın deyil, sonadək vuruşub. Oktyabrın 20-də razılaşdıq ki, Şuşaya azərbaycanlı köçkünləri qaytarsın. Son anda Paşinyan imtina etdi və "sonadək döyüşəcəyik" dedi. Paşinyan sonra çox səmimi etiraf etdi ki, Şuşanı verməsəydik Xankəndidə daha böyük fəlakət olacaqdı. Putin Paşinyanı ermənilərin ittihamı qarşısında yetərincə müdafiə etdi. Bu, Paşinyanın sonrakı hakimiyyət taleyində yəqin həlledici rol oynayacaq. Fikrimcə konkret hədəfləri olan müsahibədir. Bizim üçün dəyərli və konkret detallar barədə də danışdı. Putin dedi ki, Azərbaycan müstəqil ölkə kimi öz müttəfiqlərini sərbəst seçə bilər və hazırkı razılaşmadan imtina Ermənistan üçün intihar olardı. Onu da konkret dedi ki, Qarabağ və ətraf rayonlar tarixi Azərbaycan torpaqlarıdır".

sia.az

Digər xəbərlər