“Prezidentin Xudafərin körpüsünü ziyarət etməsi xüsusi rəmzi məna daşıyır" - Ağalar Vəliyev

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinəv 16 noyabr tarixində səfər etmələri ilə Azərbaycan tarixində şanlı səhifə yazdılar. Qalib Ali Baş Komandanın Füzuli rayonunda əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanması bir daha onu göstərdi ki, xalqın sevgisini və rəğbətini qazanmaq dövlət başçısı üçün həyatda ən böyük mükafatdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.Deputat bildirib ki, Azərbaycan xalqına qələbə duyğuları yaşadan Müzəffər Ali Baş komandan 44 günlük əks-həmlə əməliyyatları zamanı özünün misilsiz diplomatik-hərbi fəaliyyəti ilə bir daha xalqın yanında olduğunu nümayiş etdirdi: "Qalibiyyətlə dolu döyüş əməliyyatlarının aparıldığı günlərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə ardıcıl olaraq müxtəlif mənbələrdən, ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar yollayırdılar. Lakin ölkəmizin başçısının qoyduğu qəti tələblər bundan ibarət idi ki, mənfur düşmən şərtlərimizi qəbul etməlidir, ərazilərimizi qeyd-şərtsiz tərk etmələri üçün dəqiq cədvəl göstərməlidir. Şuşa şəhərinin və sonrakı gün 71 kənd, iki qəsəbənin, strateji yüksəkliklərin işğaldan azad edilməsi ilə Ermənistan hərbi xuntası Azərbaycanın Ali Baş Komandanının rayonlarımızın boşaldılması ilə bağlı irəli sürdüyü şərtlərə razılaşmağa məcbur edildi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusuna çevrilmədi. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi, işğalçılar işğal edilmiş torpaqlardan qovuldular. Bununla da Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda əhali ilə keçirdiyi görüşdə dediyi kimi, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var, çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var".Milli Məclisin üzvü bildirib ki, 44 günlük ikinci Qarabağ müharibəsi zamanı haqqında mif uydurulmuş Ermənistan ordusu çökdürüldü və Ermənistana uzun illər ərzində rəhbərlik edən hərbi xunta rəhbərliyinə layiqli dərs verildi. Artıq elə bir vəziyyət yaranıb ki, Nikol Paşinyan öz canını erməni xalqının qəzəbindən qurtarmağın yolları haqqında fikirləşir.Millət vəkili Ağalar Vəliyev vurğulayıb ki, dövlətimizn başçısının 16 noyabrda Qarabağa etdiyi tarixi səfəri zamanı xalqa açıqlandı ki, qısa zamanda işğaldan azad edilmiş rayonlarımız planlı şəkildə bərpa ediləcək, Azərbaycana beynəlxalq ekspertlər dəvət ediləcək və ölkəmizə mənfur qonşularımızın vurduqları ziyan birlikdə hesablanacaq: "Xarici və yerli şəhərsalma mütəxəssislərinin iştirakı ilə Qarabağda tamamilə modern bir şəhərsalma planı qurulacaq. Şəhər və kəndlərin infrastrukturu yeniləşəcək və ekolji tarazlıq bərpa olunacaq. Bununla da yaşadığımız bölgəyə barışıq gətirən Azərbaycan dövləti regionun inkişafının təminatçısına çevriləcək".Deputat qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hər bir azərbaycanlı üçün qürur yerinə çevrilmiş tarixi Xudafərin körpüsünü ziyarət etməsi xüsusi rəmzi məna daşıyırdı. Bu ziyarət onu göstərdi ki, ordusu ilə qələbə görüşünə gedən Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmişə milli - mənəvi dəyərlərimizə sahib çıxıb və sadiqlik nümayiş etdiriblər.Hər zaman bütün çıxışlarında “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandını İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına böyük xalq sevgisi ilə müşaiyət olunan səfəri ilə bu fikrin doğruluğunu sübuta yetirdi və həmin nidanı qoymuş oldu.

sia.az