Siyasət

  • 5 424

Putinin mövqeyi Ermənistanın iddialarına qəti və həlledici zərbə oldu - ŞƏRH ÖZƏL

image

"Putin beynəlxalq hüquqla Qarabağın Azərbaycan ərazisi olduğunu deməklə 1988-ci ildən indiyədək sovet və Rusiya rəhbərlərindən heç kimin etmədiyi obyektiv və açıq mövqeni göstərdi. Rusiya prezidenti Ermənistanın Azərbaycandan ərazi iddialarına Rusiyadan gələcəkdə verilə biləcək hər cür rəsmi dəstəyin kökünü baltaladı. Putinin bəyanatından sonra Rusiya hakimiyyətində daha heç kim Ermənistanın Qarabağa və ətraf rayonlara iddiasına dəstək verməz". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.Ekspertin sözlərinə görə, eyni zamanda Putin hazırkı razılaşmaya sonadək əməl etməkdən başqa Ermənistanın yolu olmadığını incə və dəqiq şəkildə anlatdı: "Putinin bəyanatlarını Ermənistanın ərazi iddialarına qəti və həlledici zərbə saymaq olar. Bununla belə mübahisəli qarşılanan və narahatlıq doğuran bəzi məqamlar da var ki, bunların dəqiq mahiyyətini gələcəkdə görərik".A.Quliyev vurğulayıb ki, Azərbaycan Prezidenti "heç bir status" dediyi halda Putinin statusdan danışması, "tanınmamış dövlət" ifadəsi işlətməsi, habelə Abxaziya, Osetiya və Krımın Rusiyaya birləşdirilməsindən danışması diqqət çəkən məqamlardır: "Müəyyən narahatlıqlar doğursa da, bunların incə xəbərdarlıq, ya siyasi analogiya olduğunu yaşayıb görərik. Ancaq bütün hallarda Putinin mübahisəli qarşılanan bəyanatlarından hələlik çox narahat olmağa dəyməz. Əsas odur ki, Putin Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ və ətraf rayonların Azərbaycana məxsusluğunu və Ermənistanın hazırkı razılaşmadan başqa alternativinin olmadığını birmənalı dedi. Putindən bizim gözlədiyimiz əsas bəyanat da elə bunlar idi".

sia.az

Digər xəbərlər