Siyasət

  • 6 268

"Azərbaycan münaqişənin diplomatik müharibə mərhələsinə qədəm qoyub" ÖZƏL-MÜNASİBƏT

image

"Ermənistanın növbəti təxribatı ilə sentyabrın 27-də başlayan müharibədə Azərbaycan düşmənə layiqli cavab verərək hərb meydanında mütləq qələbəsini təmin etdi, bir neçə rayonu və strateji əhəmiyyətli bölgələri işğaldan azad etdi". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.Deputatın sözlərinə görə, son 200 ildə ilk dəfə Azərbaycan Ali Baş Komandan möhtərəm Prezidentimiz İlham Əliyevin güclü iradəsi və yüksək siyasi liderliyi sayəsində itirmiş torpaqlarını mənfur düşməndən qısa vaxtda azad etdi: "BMT-nin Təhlükəsizlik Şurasının qərarının icrasını özü təmin etdi. Bu dünyada Azərbaycannın siyasi və hərbi mövqeyinin güclənməsinə sonrakı mərhələdə diplomatik qələbəsinə öz ciddi töhfəsini verdi. Sonrakı mərhələdə Azərbaycan qələbəsini danışıqlarda da uğurla davam etdirdi, Ermənistanın kapitulyasıyasına nail olaraq bir neçə rayonun Azərbaycana qaytarılması ilə bağlı razılıq əldə etdi. Beləliklə Azərbaycan həm hərb meydanında, həm də danışıqlarda Ermənistan üzərində mütləq qələbəsini təmin etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq aktiv müharibə mərhələsi bitib, bu mərhələdə Azərbaycan qarşısına qoyduğu bir sıra vacib məqsədlərə nail olub. Hazırda Azərbaycan münaqişənin diplomatik müharibə mərhələsinə qədəm qoyub. Beləliklə bu gün münaqişənin həlli ilə bağlı diplomatik müharibə davam edir. Bu mərhələdə də Azərbaycan tərəfi mütləq qələbəsini təmin etmək üçün ardıcıl, məqsədyönlü və aktiv siyasət həyata keçirir. Azərbaycan torpaqlar tam azad olunana kimi bütün istiqamətlərdə haqlı mübarizəsini davam etdirəcək. Bunun üçün Azərbaycanın güclü siyasi iradəsi, kifayət qədər imkanı və potensialı var".

sia.az

Digər xəbərlər