Siyasət

  • 5 825

Fransa Minsk qrupunun həmsədri kimi ziddiyətli addımlar atır - Sahibə Qafarova

image

"Bu gün Azərbaycan ordusu Ağdam rayonuna daxil olub. Mən bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclası zamanı spiker Sahibə Qafarova deyib.S.Qafarova bildirib ki, Ağdam noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanata əsasən geri qaytarılır.Spiker vurğulayıb ki, bir çox ölkələr bu bəyanatı alqışlasalar da, bu bəyanatdan narahat olanlar da var. Onlar bəyanatın həyata keçirilməsinə maneçilik törətmək istəyirlər. Spiker qeyd edib ki, Fransa rəhbərliyi münaqişənin ilk günündən qeyri-obyektiv mövqe tutub və ordumuzun öz torpaqlarını işğaldan azad etməsinə qərəzli münasibət sərgiləyib.S.Qafarova qeyd edib ki, hətta Fransa Parlamentinin bəzi deputatları müharibənin aktiv dövründə qanunsuz olaraq Qarabağa səfər edib və separatçılara dəstək göstəriblər: "Bu addımlar Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib və Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatı ilə ziddiyət təşkil edir".

sia.az

Digər xəbərlər