Siyasət

  • 5 558

"Senatın “qətnaməsi” məsləhət xarakteri daşıyır" ÖZƏL-MÖVQE

image

“Fransa Senatı gələn həftə Dağlıq Qarabağın “müstəlliyini” tanımağa çağıran “qətnamə” layihəsini müzakirəyə çıxaracaq. Qətnamə layihəsinin müəlliflərindən biri Senatda “respublikaçılar” fraksiyasının nümayəndəsi Bruno Retayo deyib ki, "tanınma Türk İslamçı ekspansionizmi qarşısında Dağlıq Qarabağdakı ermənilərin hüquq və azadlıqlarına etibarlı zəmanət verə bilər”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, “Qətnamənin” müəllifi daha sonra müsahibə verərək Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan haqqında təhqiramiz fikirlər söyləyib: “Deməli, bunlara elə gəlir ki, Azərbaycan ordusundan başqa müharibədə Fransanın bütün rəbiqləri iştirak edib. Belə bir ölkə hələ həmsədrliyi davam etdirməkdə iddialıdır. Parisin meri Ann İdalqo da “qətnamə” müəllifləri ilə həmfikirdir.Senatın “qətnaməsi” məsləhət xarakteri daşıyır. Fransa prezidenti Emmanuel Makron nə qədər ermənipərəst və anti-türk olsa da, həmin qətnamənin dəstəklənməsinin ölkəsinə hansı problemlər yaradacağının fərqində olmalıdır. Buna baxmayaraq, biz müşahidəçi olmamalıyıq, Fransaya və bu ölkənin təxribatçı siyasətini davam etdirmək istəyən ölkə və siyasi mərkəzlərə bu mesajı ünvanlamalıyıq ki, sizin “qətnamələr” bölgədə kövrək sülhə zərbə vuracaq və yenidən müharibə risqini artıracaq. Yəni onlara anlatmalıyıq ki, “qətnamələriniz” erməniləri qorumaq əvəzinə onların problemlərini artıracaq”.

sia.az

Digər xəbərlər