Siyasət

  • 8 079

“YAP qələbələr partiyasıdır” - 28 İL

image

Bu mövzuda YAP Kəlbəcər rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümünü qeyd edib

Bu gün YAP Kəlbəcər rayon təşkilatının qərərgahında "YAP qələbələr partiyasıdır" mövzusunda Partiyanın yaranmasının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, Vətən müharibəsi dövründə həyatlarını itirmiş əsgər və zabitlərimizin, eyni zamanda mülki vətəndaşlarımızın əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.YAP Kəlbəcər rayon təşkilatının aparat rəhbəri Qənaət Əsgərov tədbir iştirakçılarını tarixi qələbəmiz - ölkəmizin ərazi bütövlüyünün bərpa olması münasibəti ilə təbrik edərək bu qələbənin 30 illik həsrətə son qoyan Müzəffər Ordumuzun 44 gün ərzində döyüş meydanında gücünü göstərdiyini, qəhrəmanlıqla savaşaraq qələbə qazandığı, Ali Baş Komandanımızın qətiyyətli mövqeyini, Azərbaycan əsgər və zabitinin şücaətini, xalqımızın birliyini, həmrəyliyini qeyd edib: "Bu qələbə Prezident İlham Əliyev cənabalarının bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyması, siyasi uzaqgörənliyi, milli maraqları təmin edən siyasət yürütməsi, 44 gün ərzində beynəlxalq təzyiqləri layiqincə dəf etməsidir. Ən əsası, Ali Baş Komandan bir daha bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz. Noyabrın 20-də Ağdamın işğaldan azad olunması ilə bağlı Ali Baş Komandanımızın müraciəti bizi çox qürurlandırdı. İnşallah Kəlbəcərimizin, Laçınımızın və digər torpaqlarımızın da xoş müjdəsini Ali Baş Komandanımızdan eşidəyəyik!".Q.Əsgərov Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yaradıldığını deyərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən Prezident İlham Əliyevin əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir: "Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək".YAP Kəlbəcər rayon təşkilatının Qadınlar Şurasının sədri Şəlalə Məmmədova çıxış edərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və YAP-nın yaranmasının ən böyük dərdimiz olan Qarabağın bu günkü azadlığına qovuşması kimi əlamətdar olduğunu, o cümlədən partiyanın yarandığı tarixlə Vətən müharibəsində böyük qələbəmizin bir vaxtda təsadüf etdiyini vurğulayıb: "Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qeyd etdiyi kimi, bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! Çünki Azərbaycan haqq yolunda, öz torpağı yolunda mübarizə aparıb. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".Ş.Məmmədova bildirib ki, YAP mürəkkəb bir dövrdə - 1990-cı illərin əvvəlində ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik, Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir dövrdə yaranıb: “1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi”.“Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir” -deyən Ş.Məmmədova bildirib ki, saf amallar və prinsiplər üzərində qurulan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarından qaynaqlanaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında üzərinə götürdüyü tarixi missiyanı uğurla yerinə yetirir.Tədbirdə YAP fəalı Əli Bağırov, təşkilatın təlimatçısı Elçin Salahov və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının üzvlərini bundan sonra daha da fəal olmağa çağırıb.

sia.az

Digər xəbərlər