Siyasət

  • 6 451

Qazaxda YAP-ın yaradılmasının 28-ci ildönümü qeyd olunub

image

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında Partiyanın yaradılmasının 28-ci ildönümü münasibətilə onlayn iclas keçirilib.Onlayn iclası giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü və Azərbaycanın mənfur Ermənistan üzərində qazanılmış möhtəşəm qələbə münasibətilə təbriklərini çatdırıb. YAP-ın yaranma səbəblərinə və həmin dövrün ictimai-siyasi hadisələrinə nəzər yetirən rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. YAP-ın yaradılmasının bir tarixi zərurət kimi meydana çıxdığını deyərək qeyd edib ki, həmin ərəfədə Azərbaycanda xaos hökm sürürdü. Çətin, ağır bir zamanda yaradılan YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafana öz töhfələrini verib.Yeni Azərbaycan Partiyası, iqtidarda olduğu müddətdə, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib və ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Rayon təşkilatının Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, partiya fəalları Akif Əmirov, Elvira Əfəndiyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.

sia.az

Digər xəbərlər