Siyasət

  • 6 887

“Böyük Qələbəyə gedən yolda YAP-ın rolu və əhəmiyyəti” mövzusunda - Videokonfrans

image

YAP Nərimanov rayon Təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaranmasının 28 illiyi münasibəti ilə “Böyük Qələbəyə gedən yolda Yeni Azərbaycan Partiyasının rolu və əhəmiyyəti” mövsuzunda Ərazi İlk Partiya Təşkilatlarının sədrləri ilə videokonfrans formatında görüş keçirilib. SİA xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev ilk öncə Vətən uğrunda gedən müharibədə möhtəşəm QƏLƏBƏ qazanılması və Yeni Azərbaycan Partiyasının yaranmasının 28 ilinin qeyd olunması münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş və Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrlərdəki xalqı düşünülmüş məhvolmaya sürükləyən siyasi proseslər, özbaşınalıqlar, hazırkı müxalifət liderlərinin öz şəxsi maraqları naminə ölkədə yaratdıqları vətəndaş qırğınları nəticəsində xalqın xilaskarı – Ulu Öndər Heydər Əliyevə üz tutaraq onu yenidən hakimiyyətə gətirilməsinin tarixi zərurətdən doğduğunu vurğulayıb.Həmçinin, T.Tağıyev sentyabrın 27-dən etibarən başlayan Müzəffər Ordumuzun əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın hərbi qüdrətini göstərdiyini, yüksək döyüş bacarığını nümayiş etdirdiyini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı erməni ordusu haqqında uydurulan illüziyaları alt-üst edərək Böyük Qələbəyə imza atdığını qeyd edib.Sonra tədbir iştirakçılarından YAP Nərimanov rayon Təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Avrasiya Universitetinin prorektoru Şəfaət Avılbəyli, Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov, ƏİPT-nın sədrləri Maarif Əhmədov, Ağaəli Hüseynov, Azər Əbilov, Əli Məmmədov, Anar Hacıyev, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova və sədr müavinləri Vüsal Əliyev və Tamerlan Əkbərov çıxış edərək, müasir Azərbaycanın təməl daşı olan Yeni Azərbaycan Partiyasının yaranması və qısa bir zamanda hakim partiyaya çevrildiyi gündən bu günədək qətt etdiyi şərəfli yoldan, ötən 28 il ərzində qazanılan uğurlardan geniş bəhs edib, xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının Sədri , Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında və qüdrətli ordumuzun igidliyi sayəsində qazanılmış Böyük Qələbəyə gedən yoldan danışıblar. Tədbirdə vurğulanıb ki, xalqın Alternativsiz Lideri İlham Əliyevin idarəçiliyi ilə Azərbaycan dövləti və xalqı bundan sonra da yüksək nailiyyətlərə imza atacaqdır.

sia.az

Digər xəbərlər