Dünyaca məşhur Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş Xədicənin gələcək təhsil xərcləri üçün yardım ayırıb

Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncər Ermənistanın oktyabrın 17-də Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.Əziz Səncər BBC-də yayımlanmış xəbərə istinadən Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.

yap.org.az