Siyasət

  • 6 151

YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının ildönümü qeyd edilib

image

Hər il Yeni Azərbaycan Partiyasının ildönümlərini təntənəli şəkildə yüksək əhval-ruhiyyə ilə qeyd edən YAP Gəncə şəhər təşkilatı bu il də ənənəsinə sadiq qalıb. Doğma partiyamızın yaranmasının 28 illiyi ilə əlaqədar YAP Gəncə şəhər təşkilatı tərəfindən ağacəkmə kampaniyası və “Tariximizə möhtəşəm imzalar yazan 28 il” adlı onlayn videokonfrans təşkil edilib.

Təşkilatın partiya fəallarının, ilk partiya təşkilat sədrlərinin və gənclərin iştirak etdiyi aksiya çərçivəsində simvolik oaraq 28 ədəd Eldar şamı ağacı əkilib. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.
Yeni Azərbaycan Partiyasının ildönümünün qeyd edilməsi “Tariximizə möhtəşəm imzalar yazan 28 il” adlı onlayn videokonfransla davam edib.

yap.org.az

Digər xəbərlər