Siyasət

  • 5 541

“Fransa özünün də imza atdığı sənədlərin əksinə gedir” ÖZƏL-MÜNASİBƏT

image

“Fransa Senatının Rəyasətində qondarma Dağlıq Qarabağın tanınması ilə əlaqədar qəbul edilmiş qətnamə beynəlxalq hüquq normalarına, ATƏT-in prinsplərinə ziddir və qəbuledilməzdir. Çünki, BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyü təsdiqlənib və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan Silahlı Qüvvələriin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması bəyan edilmişdir. Həmin qətnamələrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Fransa da imza atmışdır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədrinin sözlərinə görə, belə çıxır ki, Fransa imzaladığı həmin sənədlərin əksinə gedir və özü-özünü inkar edir: “Əlbəttə ki, bu qətnamənin qəbul edilməsi siyasətdə yolverilməzdir və bu, beynəlxalq hüququn normalarını ciddi şəkildə pozmaqdır. Çünki, bu günə kimi artıq qondarma Dağlıq Qarabağı heç bir dövlət tanımayıb və tanımaq da istəmir. Ona görə ki, bu, bəşəri dəyərlərə, insan hüquqlarına və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə əks getmək, onun əleyhinə çıxmaqdır. Ona görə də Senatın Rəyasətində qəbul edilmiş bu qətnamənin heç bir hüquqi əsası yoxdur və o işlək mexanizmə malik ola bilməz. Bu, anti-Azərbaycan bir sənəddir və elə bilirəm ki, Fransa dövlətinin, Fransanın sülhsevər insanlarının fikirlərini, onların düşüncələrini ifadə edə bilməz. Çünki, Fransa Avropada demokratiyanı dəstəkləyən, beynəlxalq hüquqa söykənən bir ölkə kimi tanınır və Fransa Senatının belə bir qətnamə qəbul etməsi Fransız xalqının gələcək mənafeyinə bir ləkədir və Fransa dövlətini gözdən salmaqdır, onun nüfuzuna, imicinə bir zərbədir. Ona görə ki, bütün bəşəriyyət, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bilir və bu günlərdə bir çox beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə də bu özünü göstərdi. Biz torpaqlarımızı azğın düşməndən azad etdik və qələbə çaldıq. Əlbəttə ki, bu qələbə bizim haqq qələbəmizdir. Biz öz torpaqlarımızın erməni faşistlərindən azad olunması uğrunda mübarizə apardıq və mübarizədə bizim qələbəmiz ədalətlidir, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi, biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və uzun müddət kağız üzərində qalan, yerinə yetirilməyən qətnamələri icra etdik. Azərbaycan tarixi ədaləti bərpa etdi. Azərbaycan Ordusu öz torpaqlarını azğın düşməndən təmizlədi. Ancaq bu gün Fransa Senatının Rəyasətində qəbul edilmiş bu qətmanə onu göstərir ki, Fransanın hakim dairələri, Fransanın müəyyən deputatları yenə də millətçilik, terrorçuluq ruhunda olan erməniləri müdafiə etməkdədir və Fransa Senatı bir qrup erməninin əlində oyuncağa çevrilib. Bu fikirlər əvvəl də səsləndirilmişdir. Ancaq ölkəmizin rəhbəri, Azərbaycanın müvafiq orqanları Fransanın tutduğu bu yolu, anti-Azərbaycanın əhval-ruhiyyəsi ilə qəbul edilən qərarları Fransanın düşmənçilik siyasəti kimi qiymətləndirmiş və özlərinin münasibətərini bildirmişlər”, deyə Komitə sədri diqqətə çatdırıb.

Millət vəkilinin sözlərinə görə, əlbəttə ki, 27 sentyabrdan sonra Azərbaycan Ordusu əks hücuma keçərək öz torpaqlarını düşməndən azad edən günlərdə də biz belə bəyanatları, belə çağırışları eşitdik və Fransanın prezidenti Makronun tam, hərtərəfli ermənipərəst mövqeyini gördük".“Makronun həmin dövrdə atəşkəsin dayandırılması haqqında verdiyi bəyanatlar, eləcə də Dağlıq Qarabağın tanınması, Dağlıq Qarabağda ermənilərin sıxışdırılması, həmçinin Türkiyəyə qarşı bir düşmən mövqeyindən çıxış etməsi ilə əlaqədar çıxışları göstərdi ki, Fransa rəhbərliyi beynəlxalq hüquq normalarına yad mövqe tutur, nəinki ədaləti, nəinki haqqı müdafiə edirlər, onlar terrorçuları, separatçıları, təcavüzkarları dəstəkləməkdədirlər. Əlbəttə ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu öz sözünü deyib, belə qətnamələr, belə qərarlar, saxta bəyanatlar Azərbaycan xalqını heç zaman öz yolundan döndərə bilməz. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev dəfələrlə xatıladıb ki, Azərbaycan suveren, müstəqil dövlətdir, o öz siyasətində, öz fəaliyyətində xalqa, qanunlara əsaslanır və heç bir kənar təsir Azərbaycanı öz yolundan döndərə bilməz, onun iradəsini qıra bilməz. Əlbəttə ki, bu qətnamə bizdə, Azərbaycan xalqında müəyyən dərəcədə təəssüf hissi doğurur. Çünki, Azərbaycan-Fransa münasibətləri son illər yüksələn xətlə inkişaf etməkdə idi, ancaq belə münasibət, belə saxta qətnamələr, hüququ əsası olmayan sənədlərin qəbul edilməsi Azərbaycan-Fransa münasibətlərini çətin bir vəziyyətə salır. Əlbəttə ki, Azərbaycan dövləti bununla əlaqədar öz kəskin mövqeyini bildirəcək və elə bilirəm ki, Fransanın hakim dairələri belə anti-Azərbaycan mövqelərindən çəkinməlidirlər. Çünki, Azərbaycan haqq yolundadır, Azərbaycan öz hüquqlarını qoruyur, bərqərar edir və bunun üçün Azərbaycana heç bir xarici qüvvə təsir edə bilməz”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər