Siyasət

  • 5 980

Anar Xəlilov: “Azərbaycanı təbliğat müharibəsində gərgin mübarizə gözləyir” RƏY-ÖZƏL

image

“Münaqişənin elə ilk vaxtlarından Azərbaycanın ədalətli mövqeyinə beynəlxalq aləmin yanaşması ikili standartlarla müşahidə olunub. Əgər belə olmasa idi münaqişə və torpaqlarımızın işğalı 30 ilə yaxın davam etməzdi. Bütün istiqamətlər üzrə yanaşmalarda Azərbaycan daim haqsız ittihamlara məruz qalsa da, aparılan gərgin mübarizələrin nəticəsində biz öz haqlı mövqeyimizi qoruyub saxlamağa müvəffəq olmuşuq”. Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.Onun sözlərinə görə, mənfur düşmənin havadarlarının bizə qarşı olan ittihamları bitmir. Hərb meydanında qazandığımız misilsiz qələbədən sonra anti Azərbaycan qüvvələr demək olar ki, bütün istiqamətlərdə aktivləşərək şər kompaniyasına start veriblər: “Xüsusilə bu münaqişəyə əvvəldən dini qarşıdurma donu geyindirməyə çalışan qüvvələrin daha da aktivləşməsi fonunda özünü biruzə verir. Lakin bizim haqlı mövqeyimiz sarsılmaz faktlarla ortadadır. Azərbaycan rəhbərliyinin apardığı siyasətin kökündə həmişə tolerantlıq strateji xətt olaraq ön planda olub. Azərbaycan xalqı min illərdi dini ayrı-seçkiliyi öz dəyərlərində yaşatmayıb, əksinə daim digər dinlərə və xalqlara hörməti öz adətlərinin əsas tərkib hissəsi kimi yaşadıb. Bu gün Azərbaycanda bütün dinlərə qarşı qanuni və insani yanaşma müstəvilərində dünyaya nümunə ola biləcək bir müsbət mühit vardır. Azərbaycan ərazilərində olan bütün dinlərə məxsus tarixi abidələrin qorunub saxlanılması və onlara dövlət qayğısı göz qabağındadır. Uzağa getməyək elə Azərbaycanda olan bütün diplomatik korpusların nümayəndələri bunu çox gözəl bilir. Hətta Bakının mərkəzində olan ermənilərə aid kilsənin təmir edilərək qorunması təkzib olunmaz faktdır. Bu gün biz azad olunmuş torpaqlarımızda olan xalqımıza məxsus dini məbədlərimizdə isə fərqli səhnənin şahidi oluruq”.A.Xəlilov onu da bildirdi ki, erməni şğalı nəticəsində məscidlərimiz dağıdılıb və ya donuz fermalarına çevrilib: “Amma bunu beynəlxalq aləm adlandırdığımız özlərini dünyanın ağıllı düşüncə mərkəzləri adlandırdıqları qurumları görmür. Yox əslində görürlər sadəcə görmək istəmirlər. Çünki bu onların daxillərindəki gizli məkrli siyasətlərinə cavab vermir. Ancaq bu çirkin kampaniyaları da iflasa uğrayacaq, biz öz haqlı mövqeyimizi sübut etməyi bacaracayıq. Bu gün Azərbaycanın yenilməz, öz apardığı siyasətilə artıq qalib bir fatehə çevrilən LİDERİ İlham Əliyevin bütün istiqamətlərdə yorulmadan apardığı fəaliyyətin nəticəsində düşmənlərin bütün iftiraları məğlubiyyətə düçar olacaq. Amma bizlər də cəmiyyət olaraq prezidentimizin siyasətinə dəstək olmalı düşmənin təxribatlarına və ikili standartlarına qarşı əks təbliğatımızı daim güclü etməli, haqlı mövqeyimizi sübüt etməliyik. Hərbi müstəvidə sözünü deyən Azərbaycanı təbliğat müharibəsində hələ uzun müddət gərgin mübarizə gözləyir. Əsgərimizin döyüş meydanında qazandığı qələbəni, prezidentimizin arxasında dayaq olaraq biz ziyalılar da informasiya müharibəsində davam etdirəcəyik və qələbə bizimdir”.

yap.org .az

Digər xəbərlər