Britaniya müharibənin ilk günlərindən bu oyunda yer alıb - ŞƏRH ÖZƏL

"Dağlıq Qarabağda hərbi əməliyyatlar başlandıqdan sonra digər Qərb dövlətləri ilə müqayisədə İngiltərənin kifayət qədər loyal mövqeyi siyasətçilərin diqqətindən yayınmadı. Hərbi əməliyyatların ikinci günü isə Britaniyanın Baş naziri Türkiyə prezidentinə telefon açmışdı. Bu o zaman baş vermişdi ki, Türkiyə başlanmış olan müharibə ilə əlaqədar rəsmi mövqeyini bildirmişdi. Tərəflərin nə barədə danışdıqları barədə kifayət qədər məlumat yoxdur. Lakin Mİ6-nın direktoru Riçard Murun Ərdoğanla Londonda apardığı danışıqlar, BP-nin lobbiçi mövqeyi və s. göstərir ki, Britaniya müharibənin ilk günlərindən bu oyunda yer alıb. Üstəlik Baronessa Koksun (ermənipərəst siyasətçi) Dağlıq Qarabağla bağlı parlamentdə müzakirələrə başlamaq cəhdlərinin qarşısı o dəqiqə alınıb". Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.Onun sözlərinə görə, Türkiyə və Yunanıstan arasında Aralıq dənizi hövzəsində məlum adada Türkiyənin geoloji kəşfiyyat işləri ilə əlaqədar Oruc Rəis gəmisi bura yan alanda Fransa və ABŞ donanması Yunanıstanın yanında yer aldı: "Britaniya donanması isə sentyabrın 31-də hamının gözü qarşısında Türkiyə donanması ilə hərbi təlimlər keçirdi. Ardınca Türkiyənin müdafiə naziri Londonda keçirilən tədbirdə Osmanlı və Britaniya arasında tarixən yaxşı əlaqələrin, müttəfiqlik münasibətlərinin olduğunu bəyan edir və bu zaman Krım müharibəsini (birinci dünya müharibəsini deyil, məhz Rusiyanın uduzduğu Krim muharibəsini) xatırladır. İndiyədək Ermənistana qarşı apardığımız müharibədə qələbəmizi təmin edən amillər arasında İsrail dronlarının, pilotsuz təyyarələrin, o cümlədən Türkiyə bayrakdarlarinin adı çəkilir. Halbuki bu müharibədə Türkiyədən aldığımız ingilis dronlarının üstünlük təşkil etməsindən danışılmır. Avropada anti-Türkiyə ovqatı aysberqin görunən tərəfidir".Ekspert bildirib ki, əslində AB-nin qapılarının açarı Türkiyənin əlindədir: "Suriya alovunu alışdırıb onun istisinə qızınacaqlarını düşünənlər, qızınmadıq istisinə, kor olduq tüstüsünə faktorunun qarşısında qaldılar. Ərdoğan isə 3,5 milyon Suriya qaçqının üzünə Türkiyə tərəfindən qapıları bağlamaqla avropalılara özlərini yaxşı aparmağı tövsiyyə edir. Əks halda "barbarların" növbəti müdaxiləsi Avropa sivilizasiyasını çökdürəcək. Müharibənin qızğın fazası Transatlantik kəmərinin işə düşməsi dövrünə düşdü və bu məsələnin üstündən lobbiçilik edənlərin tovsiyyəsi ilə sükutla keçdilər. Üstəlik Türkiyə Mavi axınla Rusiyadan aldığı qazın nəqlini kifayət qədər məhdudlaşdırır. Çünki Transatlantdan sonra buna əvvəlki qədər ehtiyac qalmırdı. İngilis siyasəti beləliklə rus enerji bazarını bu yolla daraldırdı. Fransanın nədən belə küsdüyünü anlamaq çətin deyil. Türkiyə vasitəsilə Fransanı bölgədən sıxışdırmaqla kifayətlənməyən İngiltərə, onu Türkiyənin silah idxalı ilə silah bazarından da sıxışdırmağa nail oldu".Politoloq bildirib ki, Türkiyə öz hərbi silah sursatının 60%-ni ABŞ dan alırdı: "İkinci yerdə isə Fransa qərar tutmuşdu ki, indi bu yerdə ingilislər möhkəmləndilər. Ümumiyyətlə Avropada hegemonluq uğrunda anqlosaksların germanlarla mübarizəsində Osmanlı faktoru həmişə mühüm yer tutub. İngilislər məhz Sultan Süleymanın hakimiyyəti dönəmində Fransanın özünə gəlməsi tarixini unutmayıblar. Diğər tərəfdən ikinci Romanın, Bizansın süqutu da ingilislərin fransızlarla müharibəsi dövrünə təsadüf edib. İndi İngiltərə ənənəvi siyasətinə qayıdaraq Ərdoğanın ikinci Osmanlı layihəsinin reallaşmasında ona kömək edəcəyini bildirməklə, onu Cənubi Qafqazda, Liviyada, Suriyada Rusiya ilə qarşı qarşıya qoymaq istəyir. Tarix təkrar olunur, Krım müharibəsində Osmanlı mundiri geyinərək ruslara qarşı vuruşan ingilislər (bu 1947-ci ildə çəkilmis Naximov filmində əla verilib), 1875-ci ildə Kokand üsyanını İstanbuldan idarə edən London, Rusiyanı Şimali Qafqazdan sıxışdırmaq üçün yenə İstanbuldan Şeyx Şamili maliyyələşdirən ingilis imperializmi öz ampulasındadır".E.Manafov vurğulayıb ki, Cənubi Qafqazla yanaşı Mərkəzi Asiya bazarlarına da, İngiltərənin məhz Türkiyə vasitəsilə çıxmaq arzusu da perspektivə hesablanmış siyasətdir: "Ukraynada Donetsk və Donbas uğrunda mübarizədə Türkiyə Ukrayna tandeminə çalışan İngiltərə sonda qəzəbli rus ayısı ilə üzbəüz qalmamaq üçün sudan quru çıxmağı bacaracaq. Siyasətdə "ingilis barmağı", "ingilis siyasəti" kimi ifadələr təsadüfi amillərdən doğmayıb. Bütün bunlarla bahəm prezident Əliyevin geopolitik məharəti və bacarığı məhz bundan ibarət oldu ki, mürəkkəb geosiyasi oyunda o, Azərbaycanın maraqlarına cavab verən məqamı dürüst və vaxtında müəyyənləşdirdi. Bir güllə ilə iki deyil, bir neçə dovşanı vurmağa nail oldu".

sia.az