“Qarabağın azadlığı xeyrin şər üzərində qələbəsidir” Həsən Qarayev

“Azərbaycanın işğal altında saxladığı torpaqlarında vandallıq törədən erməni faşistləri yüzlərlə dini, tarixi, mədəni abidələri, məscidləri, ziyarətgahları dağıdıblar. Mövcud faktlara əsasən demək olar ki, erməni işğalına qədəki dövrdə Dağlıq Qarabağda ümumilkdə 403 tarixi-dini abidələr olub. Onlardan 67-si məscid, 144-ü Alban irsinə aid məbəd və kilsə, 192-si isə ziyarətgahlardır. 900-ə yaxın isə qəbiristanlıq olub. Ermənilər bütün bu tarixi, dini abidələri dağıdıblar”. Bunu SİA-ya açıqlamasında Qlobalşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev deyib.Onun sözlərinə görə, məscidlərimizdə mal-qara saxlamaq üçün istifadı ediblər, bilərəkdən məhv ediblər: “Bütün bunlar müsəlman dünyasına hörmətsizlikldir. Bu hörmətsizliyə qarşı mütləq islam aləmi sərt möveyini bildirməlidir. Çünki, tarixi dini abidələr yalnız Azərbaycanın deyil, həm də bəşəriyyətin sərvətidir. Bəşəriyyətin ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları ermənilər tərəfindən hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Azərbaycanda olan əlverişli təbii şərait, onun sıx meşələri erməni təcavüzkarları tərəfindən talan edilib. 10 noyabr bəyanatının imzalanmasından sonrada ermənilər Ağdamda, Kəlbəcərdə öz yaramaz xislətlərinə uyğun olaraq təbii sərvətlərimizi, evləri, məktəbləri belə yandırmaqdan çəkinmədilər. Təbii ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi dağıdılan bütün tarixi-mədəni, dini ibadət ocaqları bərpa olunacaq. Yenidən Qarabağımıza nur çilənəcək, günəş şəfəqləri parlayacaq”.H.Qarayev onu da bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində tarixi dini abidələrin, məscidlərin, təbii sərvətlərin necə vəhşicəsinə talanması, dağıdılması diqqətdən kənarda deyil: “Ötən əsrin son onilliyində baş verən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan xalqının milli varlığını, onun tarixini əks etdirən abidələr Ermənistan təcavüzkarları tərəfindən dağıdılmasından dünya birliyi geniş məlumata malikdir. Ermənistanın təslimçilik aktını imzalayıb, Azərbaycan öz ərazi bütövlüyün bərpa etdikdən sonra, əksər ölkələrin rəhbərləri, o cümlədən İSESKO-nun Baş direktoru Azərbaycanı qələbə münasibətilə təbrik edib. Dünyanın nufuzlu mətbu orqanları, televiziyaları Azərbaycanın parlaq qələbəsindən bəhs edən məqlələr yazıb, reportajlar yayımlayıblar. Misir mətbuatı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş Ağdamın məscidinin qarşısında çıxışından bəhs edərək, Prezident İlham Əliyevin Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışladığını qeyd edir. "Asiaelyoum" İnformasiya Agentliyi, "Aldiplomasy", "Elghad", "Garbnews", “Əl-Cəzirə” və digər dünyaca tanınmış KİV-lər Azərbaycanın Qarabağda erməni hərbi birləşmələrini qısa zamanda məhv edib, ərazi bütövlüyünü bərpa etməsindən, erməni vandallığından və ölkəmizdə hökm sürən tolerantlıq mühitindən məlumatlar dərc edib, sujetlər yayıblar”.H.Qarayev 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini darmadağın etməsini və cəbhədə qazandığımız böyük uğurların xeyrin şər üzərində qələbəsi olduğunu bildirdi.

sia.az