Siyasət

  • 6 767

Xaliq Musayev: “Laçının qayıdışını böyük həyacanla gözləyirdik”

image

“Bu gün tarixi bir gündür. Laçınımızın 28 illik həsrətinə, nisgilinə son deyən Ali Baş Komandanımızın verdiyi zəfər müjdəsinin sevincini yaşayırıq. Bu, Ali Baş Komandanımızın bütün laçınlılara, xalqımıza ən böyük hədiyəsidir. Dekabrın 1-i yaxınlaşdıqca hər günü, hər saaatı, hər dəqiqəni böyük həyacanla gözləyirdik. Və dekabrın 1-i Ali Baş Komandanımız İlham Əliyev cənabları xalqa müraciət etdi: "Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Bəli, dekabrın 1-i tarixi hadisə olmaqla yanaşı, Laçınımızın Böyük Qayıdışı, Azərbaycanımıza Qayıdışı oldu. Bundan böyük müjdə, gözəl gün ola bilərmi? Ancaq deyim ki, ən böyük Tarixi Qələbə Şuşamızın işğaldan azad edilməsi idi. Onun ardınca Ağdam, Kəlbəcər, Laçınımız və digər rayonlarımızın da işğaldan azad olunacağı gün ən xoş günlərimizdir. 30 illik torpaq həsrətinə son qoyan Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun, igid əsgər və zabitlərimizin xalqına verdiyi bu böyük sevinc əvəzedilən deyil. Nəinki laçınlıların, torpağından, yurdundan didərgin düşən 1 milyondan çox qaçqın və köçkünlərimiz, həmçinin bütün Azərbaycan xalqı Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin xalqına olan hədiyyəsidir". Bu fikirləri SİA-ya açıqlamasında YAP Laçın rayon təşkilatının sədrinin müavini, təşkilatın Aparat rəhbəri Xaliq Musayev deyib.Sevincini bizimlə bölüşən X.Musayev bildirib ki, düşməni torpaqlarımızdan iti qovan kimi qovaraq Vətən Müharibəsinin 44-cü günü ordumuz Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi və 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi: "44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin igidliyi, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq"."Bu gün Azərbaycan xalqı xoşbəxt xalqdır ki, 30 il Qələbə həsrətinə 44 gün ərzində son qoydu və 10 noyabrda imzalanan Azərbaycan, Rusiya və Ermənistan prezidentlərini imzaladığı tarixi sənəd Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı!",-deyən X.Musayev onu da vurğulayıb ki, düz 28 il öncə, 1992-ci il mayın 18-də erməni silahlıları Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunu işğal etdilər: "1992-ci il mayın 18-i Laçının işğala məruz qaldığı tarixdirsə, 1 dekabr, 28 il həsrətində qaldığımız Laçınımıza qovuşduğumuz tarixi gündür, Azərbaycanımıza Qayıdışı günüdür. Bir daha hər hansı bir qüvvə bizim torpaqlarımıza göz dikməyə cürrəti çatmayacaq. Çünki Vətən Müharibəsi bir daha öz gücünü göstərdi".X.Musayev onu da bildirib ki, ermənilərdən fərqli olaraq, azərbaycanlılar öz doğma yurdlarından əliboş, evlərini, hər şeylərini qoydular: "Ancaq bu vəhşi, terrorçu, işğalçı, şərəfsiz erməni vandalları işğal etdikləri torpaqları tərk edərkən rahatlıqla əşyalarını götürür, üstəlik, yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirlər. Ancaq təcavüzkar erməni vandalları bilməlidirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının uğurlu siyasəti ilə güclü iqtisadiyyata malik olan ölkəmizdə bütün addımlar atılacaq. Dövlət başçımızını xalqa müraciətində dediyi kimi: "Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq"".X.Musayev onu da vurğulayıb ki, dövlət başçımız müraciətində dediyi kimi: "Biz artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik…Biz müharibə dövründə Ermənistan ordusunu demək olar ki, məhv etdik. Düşməni torpaqlarımızdan iti qovan kimi qovduq… Bu müharibə bizim şanlı Qələbəmizdir. Biz fəxr edirik". Bəli, bu gün Prezidentimiz, Ali Baş Komandanımızı İlham Əliyev cənablarının diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin, xalqımızın gücü ilə Vətən Müharibəsi Şanlı Qələbəmiz olmaqla bərabər bir daha dünyaya sübut etdi ki, 44 gün ədalətli müharibə apararaq, şərəflə qazanılan bu şanlı qələbəmiz Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunu, “30 illik həsrətə son” deyən - Ali Baş Komandandanımızın zəfər müjdəsidir!Prezidentimiz, Ali Baş komandanımız İlham Əliyev cənablarının dediyi kimi: “Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir! Füzuli bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Kəlbəcər bizimdir! Laçın bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

sia.az

Digər xəbərlər