Fransanın dövlətçilik ideologiyası getdikcə erməni lobbisinin əsarətinə pərçimlənir - AÇIQLAMA

"Fransa parlamenti qondarma "Arsax"ı tanımağa çağıran daha bir bədnam sənəd qəbul edib. Fransa Milli Assambleyasının 188 üzvü cəmi 3 nəfərin əleyhinə getməsi şərti ilə həmin bədnam sənədi qəbul etdi. Bir həftə əvvəl Fransa senatı 305 səslə belə bir sənəd qəbul etmişdi". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Ekspert bildirib ki, Azərbaycanın rayonlarının azad edilməsindən sonra Senatın, ardınca isə Milli Assambleyanın məlum sənədləri qəbul etməsinin qara qəpik qədər də təsir gücünün olmayacağı üzərində çox geniş dayanmağa ehtiyac yoxdur: "Bunu hamı bilir. Ancaq burada sərf-nəzər edilməsi mümkün olmayan bir məqam var. Sanki hansısa qüvvələr Fransanı addım-addım Azərbaycana qarşı düşmənçilik müstəvisinə dartır".A.Quliyev qeyd edib ki, yad təsirlərdən uzaq xalis fransız təfəkkürlü dövlətçilik ideologiyasının daşıyıcısı (əgər bu doğrudan da varsa) olan siyasi, diplomatik, elmi elita korpusunun bunu anlayıb-anlamadığını söyləmək çətindir: "Ancaq çox aydın görünür ki, fransız dövlətçilik ideologiyası erməni lobbisinin və erməni diasporunun əsarətinə getdikcə daha möhkəm pərçimlənir".

sia.az