PDF Oxu

Siyasət

  • 3 726

Laçın erməniləri çar-naçar qalıblar SƏBƏB

Laçın erməniləri çar-naçar qalıblar SƏBƏB

"Bizim tələbimiz budur: "Berdzorun" (bundan sonra Laçın) dəqiq statusu: o ermənilərindir, yoxsa yox". SİA news.am-a istinadən xəbər verir ki, bunu etiraz aksiyasında Laçından Ermənistana köçmüş Nelli Tatosyan deyib."Əgər Laçın ermənilərin deyilsə, onda "Artsaxın" (Qarabağın) yerdə qalan hissəsində artıq bu gün də olan daha ciddi problemlər yaranır. Əgər Laçın ermənilərindirsə, indi nəyə görə onun "Artsaxın" ərazisi olduğu deyilmir, təhlükəsizliyə zəmanət verilməlidir, infrastrukturlar işləməlidir ki, sakinlər öz evlərinə geri dönsünlər", deyən erməni etirazçı qadın əlavə edib ki, bu suallara rəsmi cavablar verilməyib.

Qapı-pəncərələr sökülüb, qaz boruları, elektrik dirəkləri demontaj olunub, yerdə qalanı isə ermənilərin özləri tərəfindən oğurlanıb
"Mən oradan ayın 30-da saat 18:21-də çıxmışam. Belə təəssürat yaranırdı ki, ora heç də ermənilərə qalmır. İnsanlara o qədər qeyri-müəyyən cavablar verdilər ki, onlar öz pəncərə və qapılarını çıxartdılar, bəziləri isə heç ona da vaxt tapa bilmədilər, çünki onlar artıq oğurlanmışdı", deyən erməni qadın ermənilərin özləri tərəfindən edilən talanlarla yanaşı deyib ki, hətta yaxın kəndlərin qaz borularının, elektrik dirəkləri də demontaj olunub."Əgər sağdan və soldan 2 km məsafədə düşmən yaşayırsa, hətta neytral xətt də yoxdursa, demək orada yaşamaq təhlükəlidir", Nelli Tatosyan bildirib.Xatırladaq ki, erməni işğalından azad olunmuş Laçın dekabrın 1-də Azərbaycana təhvil verilib və oranı Ermənistanla birləşdirən dəhlizə Rusiya sülhməramlıları nəzarət edirlər. Qalan hissəsi isə Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

sia.az

Digər xəbərlər