PDF Oxu

Siyasət

  • 4 032

Şimali Kiprdə Qarabağ havası əsdi!

Şimali Kiprdə Qarabağ havası əsdi!

Şimali Kipr Türk Respublikasında Azərbaycanın Qarabağı işğaldan azad etməsi münasibəti ilə qələbə aksiya keçirilib. SİA Türkiyədə fəaliyyət göstərən Hocalihaber.com-a istinadən xəbər verir ki, "Rauf R.Denktaş ve Düşüncelerini Yaşatma Dernegi" və s. ictimai təşkilatların iştirakı ilə birgə keçirilən aksiyada ŞKTR xalqının böyük coşqusu müşayiət edilib. Belə ki, minə yaxın insanın iştirak etdiyi qələbə aksiyasında ŞKTR, Türkiyə və Azərbaycanın dövlət bayraqları qaldırılıb.Qələbə aksiyası mitinqlə davam etdirilib və "Qarabağ Türkdür, Türk qalacaq", "Azərbaycan üçün birlikdəyik" şüarları səsləndirilib və ŞKTR, Türkiyə, Azərbaycan qardaşlığının əbədiyyən qalacağı vurğulanıb, Azərbaycanın məşhur vokal ifaçısı Azərinin mahnıları səsləndirilib, marşları oxunub.

sia.az

Digər xəbərlər