PDF Oxu

Siyasət

  • 3 287

Əgər Avropa Birliyi Türkiyəyə qarşı sanksiya tətbiq etsə... - AÇIQLAMA

Əgər Avropa Birliyi Türkiyəyə qarşı sanksiya tətbiq etsə... - AÇIQLAMA

"Avropanın Türkiyəyə qarşı aqressiyasının kökündə xristian təəssübkeşliyi dayanır. Bu səbəbdən Aİ-nin Türkiyə ilə münasibətləri heç də hər zaman rəvan olmayıb. 1987-ci ildən üzübəri Türkiyə Avropa qapılarını döyür. Aİ-nin tamhüquqlu üzvü olmaqdan ötrü qurumun indiyə qədər irəli sürdüyü bir sıra şərtləri yerinə yetirib. Bu şərtlər dövlət idarəçiliyinin təkmilləşdirilməsini, siyasi sistemdə islahatların aparılmasını, ordunun konstitusiya ilə təsbit edilmiş bəzi səlahiyyətlərinin götürülməsini özündə ehtiva edir. Bu o deməkdir ki, yəni ordu siyasi proseslərə qatılmamalıdır". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.Ekspert bildirib ki, ötən dövr ərzində Ərdoğan iqtidarı deyilənlərlə bağlı bir sıra işlər görüb: "Ancaq buna baxmayaraq, Aİ yenə də əlavə şərtlərlə çıxış edərək Türkiyəni birliyə qəbul etməkdən yayınır. Aİ hesab edir ki, əhalisi çox olduğuna görə, Türkiyə quruma üzv olsa iqtisadi baxımdan daha çox faydalanacaq. Onlar isə bunu istəmir. Bunun səbəbi Avroittifaqın xristian təəssübkeşliyi maraqlarından çıxış etməsidir. Baxmayaraq ki, Türkiyə Aİ-yə üzv olsa qurum bundan qazanar. 1997-ci ildə Türkiyənin o zamankı baş naziri Məsud Yılmaz dedi ki, “Avropa Birliyi xristian klubu olduğuna görə Türkiyəni ora buraxmazlar”".E.Manafov vurğulayıb ki, bu gün Türkiyə 3,5 milyon Suriya qaçqınını öz ərazisində saxlayır: "Aİ həmin qaçqınlar ora gəlməsin deyə Türkiyəyə 14 milyard avro yardım vəd edib. Ancaq bugünə qədər həmin yardımın heç yarısını da verməyiblər. Nəzərə alsaq ki, həmin qaçqınlar Avropaya gəlsə orada ciddi problemlər yaranacaq. O zaman Aİ Türkiyəyə qarşı daha sayqılı olmalıdır".Politoloq onu da qeyd edib ki, Aİ 10 dekabr toplantısında Türkiyəyə qarşı sanksiya qəbul etsə, bundan itirəcək.

sia.az.

Digər xəbərlər