PDF Oxu

Siyasət

  • 5 881

"Qarabağda türk əsgərləri erməniləri qızışdırar" deyənlərə cavab... - ULTİMATUM

"Qarabağda türk əsgərləri erməniləri qızışdırar" deyənlərə cavab... - ULTİMATUM

"Qarabağda sülhməramlı kimi Türkiyə əsgərlərinin olmasını pozucu və təhlükəli faktor saydığı iddia edilən Rasim Musabəyovun həqiqətdə nə deyib demədiyini bilmirəm. Kimliyindən asılı olmayaraq bu tezisə söykənən düşüncə tərzi istənilən halda yumuşaq desək çox qüsurludur. Rəsmi Kremlin əhvali - ruhiyyəsini əks etdirən bu tezisin Azərbaycanda özünə tərəfdarlar tapması təbii və mümkün olsa da, istənilən azərbaycanlı üçün Qarabağda Türkiyə əsgərinin olmasını qıcıqlandırıcı fakt saymaq böyük qəbahətdir. Azərbaycan prezidentinin Qarabağda Türkiyə sülhməramlılarının olmasına bu günədək böyük çaba göstərməkdə davam etdiyini kim bilmirsə, bilsin. Ən düzgün yol da budur". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspert bildirib ki, Türkiyə əsgərlərinin Qarabağda erməniləri qıcıqlandıra biləcəyini ilk dəfə Rusiya prezidenti Putin Rossiya1 tv-yə 10 noyabr razılaşması barədə açıqlama verərkən deyib: "Putin bunu deyə bilər, azərbaycanlı və türk deyə bilməz. Çünki Qarabağda təkbaşına sülhməramlı olmaq üçün Putinə Türkiyə məsələsini yola vermək lazımdır. Çünki qıcıq məsələsi ciddi bir etiraza qətiyyən duruşu olmayan arqumentdir. Necə yəni Qarabağda sülhməramlı Türkiyə əsgəri olsa, ermənilər bundan qıcıqlanar, razılaşma pozular və s.".A.Quliyev vurğulayıb ki, əvvala, Türkiyə-Ermənistan sərhəddində on illərdi üz-üzə duran türk əsgərindən ermənilər nə əcəb qıcıqlanaraq hələ bircə dəfə də Türkiyə tərəfə atəş açmayıblar? "İkinci, Bakıda və İstanbulda yaşayan minlərlə erməni türklərdən nə əcəb qıcıqlanıb provokasiya törətmir? Üçüncü, Ermənistanın Suriyaya rəsmi göndərdiyi "sapyorlar" türk əsgəri ilə az qala yanaşı ərazilərdə provakasiyasız necə xidmət aparıb? Qarabağda sülhməramlı kimi Rusiya və Türkiyə əsgərlərinin yanaşı fəaliyyəti daha güclü sabitləşdirici faktor olardı. Bu şansın hələ itirilmədiyini düşünürəm".

sia.az

Digər xəbərlər