YAP Nərimanov rayon Təşkilatının Gənclər Birliyi və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə "Uğurlu biznesə gedən yol" mövzusunda videokonfrans keçirilib.SİA xəbər verir ki, 4 dekabr 2020-ci il tarixində YAP Nərimanov rayon Təşkilatının Gənclər Birliyi və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə gənclərdə uğurlu biznesin əsas prinsiplərini formalaşdırmaq və inkişaf etdirmək məqsədilə "Uğurlu biznesə gedən yol" mövzusunda videokonfrans formatında tədbir keçirilib. Tədbirin qonaqları Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş katibi əvəzi, Odlar Yurdu Universitetinin müəllimi Kristina Məmmədova, Dövlət Vergi Xidmətinin əməkdaşı, Odlar Yurdu Universitetinin müəllimi, İqtisad üzrə fəlsəfə doktoru Aqşin Əliyev, gənc sahibkar, Odlar Yurdu Universitetinin magistr məzunu Ləman Qurbanova, Odlar Yurdu Universitetinin Beynəlxalq əlaqələr, layihələr və strateji inkişaf departamentinin rəhbəri Aytən Hüseynova, YAP Nərimanov rayon Təşkilatının Gənclər Birliyinin sədri Nərminə Yunusova və 100-ə yaxın gənc iştirak etmişdir.Tədbirdə qonaqlar iştirakçılara maliyyə savadlılığı, biznes planın təşkili, onun icrası, pul vəsaitlərindən düzgün istifadə və bu sahədə uğurlu təcrübə haqqında məlumat vermişdir. Həmçinin, biznes nədir? Pandemiya və postpandemiya şəraitində uğurlu biznesi necə yaratmaq və inkişaf etdirmək olar? kimi suallar ətrafında iştirakçılarla diskussiya aparılmış və gəncləri maraqlandıran digər suallar təlimçilər tərəfindən cavablandırılmışdır.Qeyd edək ki, YAP Nərimanov rayon Təşkilatının Gənclər Birliyi və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə "Uğurlu biznesə gedən yol" mövzusunda təlim (videokonfrans formatında) davamlı olaraq keçiriləcəkdir.
sia.az