"Ermənistanın hakimiyyət nümayəndələri özlərini alçaltmaqdan – hər məsələyə görə Moskvaya yalvarmaqdan yorulmadılar". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, Baş nazir Nikol Paşinyan müharibə günlərində Rusiya prezidenti Vladimir Putini telefon zəngləri ilə bezdirmişdi, indi də Ermənistan prezidenti Armen Sarkisyan növbəyə dayanıb: "Sarkisyan Putinə məktub göndərib.Məktubun mahiyyəti budur ki, Sarkisyan Putinin Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsində yardım etməsini istəyir. Sarkisyan məktubunda müharibənin dayandırılmasına görə Putinə bir daha minnətdar olduğunu yazaraq sərhəd məsələsinə də toxunub: “Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsində təhlükə yaradacaq mübahisələr yaranıb. Yeni gərginlik ocağının yaranmaması məqsədilə Sizin köməyinizə ehtiyacımız var”.Bir dəfə güzəştə gedib Rusiya sülhməramlılarının bölgədə yerləşməsinə razılıq verdik, sərhəd məsələsinə üçüncü dövlətin qarışmasına imkan verməməliyik. Ermənilər işğal altındakı əraziləri itirdilər, indi də sərhəddən nəsə qoparmağa çalışırlar. Buna imkan verə bilmərik".
sia.az