"Ermənistanın "Milli Təhlükəsizlik "Partiyasının rəhbəri Karnik İsaqulyan sərsəm və ağlasığmaz bəyanatla çıxış edib". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redkatoru, siyasi şərhçi Aydın Quliyev deyib."İsaqulyan deyib ki, Paşinyan hələ hakimiyyətə gəlməmişdən qabaq Anna Akopyan, Lilit Makunç, Asya Xaçatryan və başqaları ilə birlikdə guya Tiflisdə ABŞ səfirliyinin vasitəçiliyi ilə Azərbaycandan və Türkiyədən olan bəzi şəxslərlə görüşüb, müzakirələr aparıb, hər dəfə də ölkəyə pul gətiriblər. Beləliklə, Paşinyan Azərbaycan və Türkiyədən aldığı 48 milyon dollar pulun hesabına hakimiyyətə gəldi", deyə ekspert bildirib.A.Quliyev vurğulayıb ki, ən maraqlısı isə odur ki, Asya Xaçatryanın guya Azərbaycan xüsusi təyinatlıları arasında "sevgilisinin" olduğu da iddialar arasında yer alır: "Yeni erməni oyunları başlayır. Təbii ki, Paşinyanın özününkülər tərəfindən onun özünə qarşı".
sia.az