PDF Oxu

Siyasət

  • 3 574

Klastr bombalarının mülki əhaliyə qarşı istifadəsi qəbuledilməzdir - MÖVQE ÖZƏL

Klastr bombalarının mülki əhaliyə qarşı istifadəsi qəbuledilməzdir - MÖVQE ÖZƏL

"Ermənistan və Dağlıq Qarabağdakı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanın Bərdə, Goranboy, Gəncə, Tərtər kimi sıx yaşayış məskənlərinə dəfələrlə klastr bombları atıb. Ermənistan silahlı qüvvələrinin bu qadağanı pozması nəticəsində oktyabrın 28-də Bərdədə 21 mülki şəxs həyatını itirib, 70 nəfər yaralanıb. Bu hücumlardan ikisi Goranboyda, biri də Tərtərdə baş verib. Klastr bombaları həm artilleriya, həm raket, həm minaatandan atıla, yaxud təyyarə ilə buraxıla bilər. Nəzərə alsaq ki, klastr bombalar adətən havada açılır, böyük əraziyə çoxsaylı bombacıqlar yayır, hətta bəziləri toxunanda partlamayıb, de-fakto mina kimi qala bilər o zaman bu faktın özü də insan tələfatının çox olacağına şərait yaradır. Hər nə qədər Yerevan Ermənistanın arsenalına klastr sursatlarının olmadığını desə də “Human Rights Watch” insan haqları təşkilatı dekabrın 15-də “Ermənistan Azərbaycana qarşı ‘klastr bombalarından istifadə edib” adlı hesabat yaydı. Hesabatda standart beynəlxalq nəşrlərə istinadla qeyd olunur ki, Ermənistanın arsenalında Toçka və İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri mövcuddur ki, bunların hamısı kasset bombalı başlıqlar yaya bilir. Təşkilat eyni zamanda onu da bildirir ki, Dağlıq Qarabağdakı qüvvələrin klastr sursatları olmadığından bu hücumları ya Ermənistan qüvvələri həyata keçirib, ya da Dağlıq Qarabağdakı qüvvələri sursatla təmin edib". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Ekspertin sözlərinə görə, ümumiyyətlə, klastr sursatları qəddar silah növləri hesab olunur ki, onlar beynəlxalq sazişlə qadağan olunub, istifadəsi mülki şəxslərə və dinc həyatlara biabırçı hörmətsizlikdən xəbər verir: "Onlar qadağan olunduğundan heç bir şəraitdə istifadə olunmamalı, yaxud başqasına verilməməlidir. Bu təşkilatların Ermənistanın klaster silahlarla mülki bölgələrə hücum edilməsini pisləyən açıqlamalarla çıxış etmələri olduqca önəmlidir. Çünki kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan tələfatına və yaralanmaya səbəb olur".Politoloq bildirib ki, beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir, lakin onu müəyyən normativ çərçivəyə salır: "Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır. Bu baxımdan da onların istifadəsi müharibə qanunlarının pozulmasıdır. Silahlı münaqişələrin humanistləşdirilməsi beynəlxalq humanitar hüququn başlıca prinsipidir ki, sözügedən silahların mülki əhaliyə qarşı istifadəsi qəbuledilməzdir. Ümumiyyətlə, kasetli silahların xüsusiyyəti odur ki, onlar mülki və hərbi obyektləri ayıra bilmirlər".Ş.Həsənova vurğulayıb ki, Azərbaycan rəsmiləri də dəfələrlə əməliyyatlar vaxtı klastr bombalardan istifadə etmədiyini bildirib: "Eyni zamanda Azərbaycan tərəfi yalnız hərbi hədəfləri vurduğunu da bir neçə dəfə bəyan edib".

sia.az

Digər xəbərlər