PDF Oxu

Siyasət

  • 4 692

“Prezidentimiz öz vədinə sadiqdir” ÖZƏL -MÜNASİBƏT

“Prezidentimiz öz vədinə sadiqdir” ÖZƏL -MÜNASİBƏT

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ilk dəfə prezident seçilərkən söylədiyi, “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” ifadəsi real əməldə, fikirdə və hadisələrdə öz əksini tapır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri xüsusilə vurğulayıb ki, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi bunun bir daha ifadəsidir.“Dövlətimizin başçısı hər iki vətəndaşımızın azad olunması məsələsini dəfələrlə ən möhtəbər tədbirlərdə, görüşlərdə səsləndirmiş, bunun üçün müvafiq orqanlara ciddi tapşırıqlar vermiş və erməni təcavüzkarları tərəfindən girov götürülərək ağır işgəncələrə məruz qalmış D. Əsgərovun və Ş. Quliyevin azadlığa çıxması üçün əlindən gələni əsirgəməmişdir.Ölkə Prezidenti, Ali Baş Komandan Kəlbəcəri, həm də iki kəlbəcərlini əsirlikdən azad etməklə torpağa, hər bir vətəndaşa arxa, dayaq və vədinə sadiq olduğunu bir daha sübut etdi. Öz ata - baba məzarlarını ziyarətə gedən və 2014-cü ildə erməni təcavüzkarları tərəfindən girov götürülən, başlarına min bir müsibətlər gətirilən bu insanların girovluqdan azad edilməsi hər bir azərbaycanlını sevindirir. İnsanlar bunun üçün əlbətdə ki, ilk növbədə dövlətimizin rəhbəri Cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirir, sevincləri, arzuları, əməlləri ilə birlik, həmrəylik nümayiş etdirirlər. Elə bilirəm bundan böyük məhəbbət, etiram, ümid və gələcəyə xoşbəxt inam ola bilməz”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər