Maksim Şevçenko İsmayıllı Rayonunun İvanovka kəndinə səfərindən sonra Yutube kanalı vasitəsilə izləyicilərinə müraciət edib. SİA xəbər verir ki, illərdir təmənnasız olaraq Azərbaycan həqiqətlərini dünyaya çatdıran rusiyalı jurnalist, bloger və siyasətçi Maksim Şevçenko öz videomüraciətində bunları söyləyib: "Rus dünyası” ifadəsinin prizmasından Azərbaycanla Ermənistanı müqayisə etsək, görərik ki, Ermənistanda bir dənə də olsun, rus kəndi qalmayıb. Oradakı malakan kəndləri dağıdılıb. Azərbaycanda isə İvanovka adlı kənd var. Mən orda oldum. Bu günlərdə öz kanalımda həmin səfərimlə bağlı reportaj təqdim edəcəyəm.Sözügedən kənddə duxobor malakanlar yaşayır. Bu xalq Azərbaycanda çox sevilir. Azərbaycandakı İvanovka kəndi kimi rus kəndlərinə Rusiyanın özündə belə rast gəlməmişəm. Orada ikimərtəbəli gözəl daş evlər var. Azərbaycanın heç bir bölgəsində kolxoz yoxdur, İvanovkada isə var. Mərhum Heydər Əliyev İvanovkanın kolxoz sədri Nikitinlə dostluq edirdi, bu üzdən İvanovkanın Azərbaycan üçün nə kimi əhəmiyyət kəsb etdiyini anlayırdı.Heydər Əliyevin şəxsi göstərişi ilə İvanovkada kolxozun qalmasına icazə verilmişdi. Mən orada oldum. Rus mənşəli yerli sakinlər mənə dedi ki, biz uzun illərdir burada yaşayırıq, övladlarımız Azərbaycan ordusunda xidmət edir, cəbhədə döyüşür. Bir cavan duxobor noyabrın 9-u şəhid oldu, malakanlar arasında yaralananlar da var. Ümumiyyətlə, Azərbaycan orsusunda xidmət edən ruslar arasında şəhid olanlar az deyil. Odur ki, Moskvadakı saxta təbliğatçıları dinləməyin. Onları dinləməyin, ay azərbaycanlılar. Onların səsi rus xalqının, Rusiyanın səsi deyil".
sia.az