“Qaçqınlar öz doğma torpaqlarına geri dönəcəklər, bu barədə üçtərəfli bəyanatda deyilib”. SİA “Vestnik Kafkaza”ya istinadən xəbər verir ki, bu haqda Ermənistanın baş nazirinin mətbuat katibi Mane Gevorkyan deyib.“Üçtərəfli bəyanatda müddəa var ki, ona əsasən qaçqınlar geri dönməli olduqları yerlərə qayıdacaqlar. Saya gəlincə isə - mən Azərbaycanda deyiləm və bu ölkəni təmsil etmirəm”, deyə baş nazirin mətbuat katibi erməni KİV-lərinə sözügedən mövzu ilə bağlı deyib.Xatırladaq ki, Rusiyanın, Azərbaycanın və Ermənistanın noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən, BMT-nin Ali komissarının nəzarəti ilə Dağlıq Qarabağ və ətraf rayonlara qaçqın və məcburi köçkünlər geri dönəcəklər.
sia.az